- ”Möcüzə Qida – Ana Südü” konfransı keçirilib
- Gəncədə fəaliyyət göstərən sahibkarlıq subyektləri HACCP sistemi ilə bağlı məlumatlandırılıb
- AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edir
- Məhsul və preparatların qeydiyyat müddətlərinin uzadılması ilə əlaqədar əvvəlcədən Agentliyə müraciət olunmalıdır
- “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində görüş keçirilib
- “Ulduz-reytinq” layihəsi çərçivəsində müraciətlərin sayı 100-ü keçib
- AQTİ “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans”da təmsil olunub
- Mərkəzi Baytarlıq Laboratoriyasından uğurlu nəticə
- Ekspertlər AQTİ-nin laboratoriyaları ilə tanış olub
- AQTİ mütəxəsssisləri Braziliya və Türkiyədə qiymətləndirmə həyata keçirib
- Belarus səfiri AQTİ-də olub
- AQTİ quru süd nümunəsində səriştəlilik sınaqlarının aparılması üçün müraciətləri açıq elan edir
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşlarından ibarət nümayəndə heyəti İtaliya Respublikasında səfərdə olub.
Səfər ADA Universiteti ilə İtaliyanın Bolonya Universiteti tərəfindən həyata keçirilən “Kənd təsərrüfatı və qida sisteminin idarə olunması” adlı qısamüddətli sertifikat proqramı çərçivəsində təşkil edilib. Nümayəndə heyəti səfər zamanı Bolonya Universitetinin kənd təsərrüfatı, qida və baytarlıq departamentlərində görüşlər keçirib, laboratoriyaların işi ilə tanış olub. Həmçinin müxtəlif şirkətlərdə elmi-tədqiqat qrupları ilə görüşlər keçirib. Səfərin sonunda iştirakçılara ADA Universitetinin və Bolonya Universitetinin sertifikatları təqdim edilib.
Qeyd edək ki, “Kənd təsərrüfatı və qida sisteminin idarə olunması” adlı sertifikat proqramının reallaşdırılmasında məqsəd iki ölkə arasında kənd təsərrüfatı və qida sənayesi sahələrində dialoq və təcrübə mübadiləsi platforması yaratmaqdan ibarətdir.