AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTİ ADAU-nun tələbə və məzunları üçün kəsim məntəqəsinə səfər təşkil edib
16-07-2024 12:20

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) baytarlıq və əczaçılıq ixtisasları üzrə bakalavr təhsili alan tələbələr və həmin ixtisaslar üzrə təhsilini son 5 ildə başa vurmuş məzunlar üçün təlim-təcrübə kursunu davam etdirir.

Kursun təşkil olunmasında məqsəd müvafiq sahələr üzrə kadr potensialının artırılması, gənc  və perspektivli baytarlarla əczaçıların işə qəbulu və kadr ehtiyaclarının ödənilməsidir.

AQTİ və ADAU arasında mövcud olan “Əməkdaşlığa dair Anlaşma Memorandumu”na uyğun olaraq keçirilən kurs çərçivəsində tələbə və məzunların Bakı şəhərində yerləşən müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinə səfəri təşkil edilib. Onlar məntəqənin layihələndirilməsi, quruluşu və təchizatı, həmçinin kəsim prosesi ilə tanış olublar. Eyni zamanda iştirakçılara kəsim məntəqəsində əməl edilməli olan baytarlıq-sanitariya normaları və qaydaları, eləcə də müşayiətedici baytarlıq sənədlərinin dövriyyəsi barədə məlumat verilib. Onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, müvafiq sahələr üzrə nəzəri, praktiki və mövcud qanunvericiliklə bağlı məsələləri əhatə edən kurs çərçivəsində bundan əvvəl iştirakçılar üçün onlayn təlimlər təşkil olunub. Növbəti mərhələdə isə onlar Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və AQTİ-nin müvafiq struktur bömələrində olacaq, İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında istehsalat təcrübəsi keçəcəklər. Kursun yekununda isə iştirakçıların qiymətləndirilməsi aparılacaq və uğur qazananlara sertifikat veriləcək. Bundan əlavə, onlar müvafiq müsahibədən keçiriləcək və uğur qazananlar AQTİ-də ixtisaslarına uyğun işlə təmin olunacaqlar.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır