- AQTİ-nin Şamaxı Regional Sınaq Laboratoriyası torpaqda ümumi üzvi karbon müayinəsi xidmətini təklif edir
- ADA Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib
- Milli Referens Laboratoriyasından daha bir uğurlu nəticə
- AQTİ-nin laboratoriyası beynəlxalq səriştəlilik sınağında növbəti dəfə uğur qazanıb
- AQTİ sahibkarlıq subyektləri əməkdaşlarını maarifləndirir
- Dünya Bankının nümayəndə heyəti AQTİ-nin fəaliyyəti ilə tanış olub
- AQTİ-nin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
- “Qida Təhlükəsizliyi Könüllüləri”nə qoşulmaq istəyən gənclərin qeydiyyatı başlayıb
- TAU-nun nümayəndə heyəti AQTİ-nin fəaliyyəti ilə tanış olub
- Mərkəzi Baytarlıq Laboratoriyası beynəlxalq səriştəlilik sınağında uğurlu nəticələr əldə edib
- HACCP-la bağlı təlim və məsləhət xidmətləri davam etdirilir
- AQTİ sahibkarlıq subyektlərinin əməkdaşları üçün təlimləri davam etdirir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida təhlükəsizliyi ilə bağlı olan sahələr üzrə fəaliyyət göstərən ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının və elmi mərkəzlərin mütəxəssislərini birgə əməkdaşlığa dəvət edir.
Belə ki, AQTİ tərəfindən ölkədə qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi və tənzimlənməsi istiqamətində mühüm işlər həyata keçirilir. Bu sıraya qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmaların və tədqiqatların, həmçinin elmi prinsiplərə əsaslanan risk qiymətləndirilmələrinin həyata keçirilməsini, qida təhlükəsizliyinə dair mövcud beynəlxalq standartların tələblərinə uyğun normativ hüquqi aktların layihələrinin hazırlanmasını, qida məhsullarının təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri üzrə laboratoriya analizlərinin aparılmasını, ekspertiza və tədqiqat xidmətlərinin göstərilməsini, eləcə də mütəxəssislərin hazırlanması üzrə təlim və tədris işlərinin təşkilini şamil etmək olar. Qeyd edilənlər mahiyyət etibarilə insanların həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin səmərəli təşkilini təmin etməkdən, o cümlədən heyvan və bitki sağlamlığının qorunması ilə qida zəncirinin bütün mərhələlərində təhlükəsiz və keyfiyyyətli qida məhsulları istehsalına nail olmağa xidmət edir.
Qeyd edək ki, İnstitut 5 illik fəaliyyəti dövründə bir sıra beynəlxalq təşkilatlarla (WHO, WOAH, FAO, Codex Alimentarius və s.) əməkdaşlıq çərçivəsində qlobal məsələlərlə bağlı beynəlxalq layihələrin həyata keçirilməsində iştirak edib. Eyni zamanda prioritet elmi-tədqiqat xarakterli layihələrin yerinə yetirilməsinin təşəbbüskarı olub. AQTİ-də yaradılmış Elmi Araşdırmalar Mərkəzi (EAM) və Analitik Ekspertiza Mərkəzinin (AEM) qeyd olunan fəaliyyətlərin həyata keçirilməsində rolu böyükdür. Belə ki, AEM-nin nəzdində fəaliyyət göstərən bütün laboratoriyalar Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) tərəfindən akkreditasiya olunmaqla yanaşı, dəfələrlə laboratoriya müayinə nəticələrinin beynəlxalq tələblər səviyyəsinə uyğunluğunu təsdiq edən səriştəlilik sınaqlarında müvəffəqiyyət qazanıb. Həmçinin üç laboratoriya nüfuzlu beynəlxalq akkreditasiya qurumları tərəfindən akkreditasiya olunub. Belə ki, Milli Referens Laboratoriyası Almaniyanın DakkS, Mərkəzi Baytarlıq Laboratoriyası Türkiyənin TÜRKAK və Abşeron Regional Sınaq Laboratoriyası Latviyanın LATAK akkreditasiya qurumu tərəfindən akkreditasiyadan keçirilib.
İnstitutun maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində tədbirlər mütəmadi olaraq davam etdirilir. Bu baxımdan hesab olunur ki, laboratoriya müayinə nəticələri əsasında toplanmış zəngin məlumat bazası nəinki EAM əməkdaşları tərəfindən elmi araşdırmaların həyata keçirilməsində, həmçinin bakalavriat, magistratura və doktorantura təhsili alan müvafiq sahə mütəxəssislərinin elmi-tədqiqat işlərində kifayət qədər faydalı elmi məlumat mənbəyi ola bilər. Qeyd olunan istiqamətlər üzrə AQTİ ilə əməkdaşlıq etmək istəyən mütəxəssislər (+99412) 565 12 72 (daxili 575) nömrəli telefona zəng edə və ya aynur.hasanova@afsa.gov.az elektron poçtuna məktub göndərə bilərlər.