- “Peşəkarlarla görüş”də saxlanma və daşınma proseslərində qida təhlükəsizliyinin təmin olunması barədə danışılıb
- “Peşəkarlarla görüş”də saxlanma və daşınma proseslərində qida təhlükəsizliyinin təmin olunması barədə danışılıb
- Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar növbəti ağacəkmə tədbiri keçirilib
- “Təlim saatı”nda qida istehsalı sahəsində risklərin qiymətləndirilməsi barədə danışılacaq
- “Təlim saatı”nda qida istehsalı sahəsində risklərin qiymətləndirilməsi barədə danışılacaq
- AQTİ mütəxəssisləri sahibkarlıq subyektinin əməkdaşlarına təlim keçib
- AQTİ mütəxəssisləri sahibkarlıq subyektinin əməkdaşlarına təlim keçib
- AQTİ mütəxəssisləri Rusiyadan ölkəmizə məhsulları idxal olunan müəssisədə qiymətləndirmə aparıb
- AQTİ mütəxəssisləri Rusiyadan ölkəmizə məhsulları idxal olunan müəssisədə qiymətləndirmə aparıb
- Qida emalı müəssisələrində izlənəbilmə sisteminin tətbiqinə dair təlim keçirilib
- “Qida obyektlərində sanitariya-epidemioloji tədbirlər” mövzusunda növbəti təlim keçirilib
- “Qida obyektlərində sanitariya-epidemioloji tədbirlər” mövzusunda növbəti təlim keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Strateji Təhlil və Beynəlxalq Əməkdaşlıq departamentinin Beynəlxalq əlaqələr və protokol şöbəsinə aparıcı mütəxəssis vəzifələrinə işə qəbul elan edir.
Vəzifə və öhdəliklər:
- Qida təhlükəsizliyi sahəsində uzunmüddətli işləməyə maraq göstərməli;
- Yazılı tərcümə bacarıqları olmalı;
- Müqavilələr, habelə anlaşma memorandumları (MoU) ilə tanışlıq və onları hazırlamaq bacarıqları olmalı;
- Dövlət protokolu və diplomatik protokola dair biliklərə malik olmalı;
- Görüşlərin protokollarını hazırlamalı;
- Yüksək təşkilatçılıq bacarıqları olmalı (iclaslar, görüşlər, konfranslar və. s kimi tədbirlərin
təşkilatçılığı);
- Xarici və yerli qurumlar barədə məlumatları araşdırıb təkliflər hazırlamalı.
Namizədə tələblər:
- Beynəlxalq əlaqələrin qurulması sahəsində iş təcrübəsinə malik olmalı;
- İşgüzar şifahi ünsiyyət və işgüzar yazışma bacarıqları olmalı;
- Komandada işləmək üçün peşəkar bacarıqlara və fərdi xüsusiyyətlərə malik olmalı;
- Eyni vaxtda bir neçə işi icra etmək təcrübə və bacarıqlarına malik olmalı;
- Word, Excel, PowerPoint, Outlook istifadəçi proqramlarında səlis iş bilik və bacarıqları olmalı.
Ali təhsil tələbi:
- Bakalavriat səviyyəsi. Magistratura səviyyəsi arzuolunandır;
- Xaricdə təhsil və ya təcrübə arzuolunandır.
Təcrübəyə dair tələb:
- Azərbaycan dilini səlis bilməlidir. Səlis şifahi və yazılı ingilis, həmçinin türk və rus dili biliklərinə malik olmalıdır.
Şərtlər:
- İş qrafiki: Tam iş günü
Üstünlüklər:
- Əmək fəaliyyəti zamanı istehsalatdan ayrılmadan aidiyyəti təlim, təkmilləşmə və yenidən hazırlanma təlimlərinə cəlb olunması
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “AQTİ Strateji Təhlil və Beynəlxalq Əməkdaşlıq departamenti, Beynəlxalq əlaqələr və protokol şöbəsi, aparıcı mütəxəssis” yazaraq hr.aqti@afsa.gov.az e-poçt ünvanına göndərmələri xahiş olunur.
Tələblərə cavab verən namizədlərin CV-ləri təhlil edilərək müsahibəyə dəvət olunacaqdır.
Qeyd: Yalnız tələb olunan sahəyə dair CV-lərə baxılacaqdır. Suallarla bağlı +99412 377 00 20 (daxili 530, Kadrlar şöbəsi) əlaqə saxlaya bilərsiniz.