- AQTİ-də özəl məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
- HACCP sisteminin tətbiqi daxili və xarici bazarlarda rəqabət üstünlüyü yaradır
- AQTİ əməkdaşı Ankarada keçirilən beynəlxalq tədbirdə iştirak edib
- AQTİ-nin mütəxəssisləri Estoniya və Latviyada fəaliyyət göstərən qida müəssisələrində qiymətləndirmə aparıb
- Bitki yağı nümunəsinin müayinəsi üzrə keçirilən laboratoriyalararası səriştəlilik sınağının nəticəsi məlum olub
- AQTİ əməkdaşları ADA Universitetinin magistratura proqramları ilə tanış olublar
- AQTİ-nin laboratoriyaları biotəhlükəsizliyin təmin olunmasında xüsusi rol oynayır
- HACCP sisteminin tətbiqi qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək
- COP29-un iştirakçıları AQTİ-nin fəaliyyəti ilə tanış olublar
- AQTİ-nin laboratoriyası 7 beynəlxalq səriştəlilik sınağında uğurlu nəticə əldə edib
- ÜHST Azərbaycanın quş qripindən azad olma statusunu təsdiqlədi
- AQTİ-nin regional laboratoriyası iki beynəlxalq səriştəlilik sınağında uğurlu nəticə əldə edib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarını davam etdirir.
Aprel ayında keçirilməsi planlaşdırılan bal nümunəsində HMF, nəmlik, diastaza parametrlərinin müayinəsi üzrə səriştəlilik sınağına qatılmaq üçün 30 aprel 2024-cü il İnstituta sonuncu müraciət tarixi müəyyən edilib. Bu səriştəlilik sınağının proqramı ilə AQTİ-nin rəsmi saytı (afsi.gov.az) vasitəsilə tanış olmaq mümkündür. Saytda yaradılan “Səriştəlilik sınaqları” adlı bölmədə bu səriştəlilik sınağının proqramı və laboratoriyaların həmin sınaqda iştirak etməsi üçün lazım olan sənədlər (“Müraciət forması”, “Nəticələrin qeydiyyat forması”) yerləşdirilib. Laboratoriyaların sınaqda iştirakını təmin etməkdən ötrü saytdakı müvafiq bölmədə yerləşdirilən “Müraciət forması” doldurularaq info.pt@afsa.gov.az elektron poçtuna göndərilməlidir. Sınaqlar yekunlaşdıqdan sonra isə nəticələr “Nəticələrin qeydiyyat forması” doldurularaq eyni ünvana yollanmalıdır.
Səriştəlilik sınaqlarının nəticələri İnstitutun saytında yerləşdiriləcək. Laboratoriyaların nəticələri konfidensiallığı qorumaq məqsədilə individual laboratoriya nömrələri ilə açıqlanacaq.
Qeyd edək ki, sınaqlar ISO 17043 “Uyğunluğun Qiymətləndirilməsi-Səriştəlilik Sınaqlarına Ümumi Tələblər" standartı əsasında təşkil edilir və qiymətləndirmələr bu standartın tələblərinə əsasən beynəlxalq standartlara uyğun olaraq aparılır. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təşkil olunan sınaqların məqsədi laboratoriyalar üçün səriştəliliklərini qiymətləndirmək imkanını yaratmaqdan ibarətdir. Müvafiq Qanuna əsasən, dövlət nəzarəti və tənzimlənməsi tədbirləri çərçivəsində, habelə bu qanunla müəyyən edilmiş icazələrin verilməsi üçün götürülmüş nümunələrin tədqiqi (sınağı) yalnız “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçmiş laboratoriyalarda aparılmalıdır.