- AQTA-nın “Sağlam məktəbli” layihəsi uğurla yekunlaşıb
- AQTİ ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarının təşkilini davam etdirir
- AQTİ ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarının təşkilini davam etdirir
- “Məktəblilərin qida bələdçiləri” “Açıq qapı” günündə iştirak ediblər
- “Məktəblilərin qida bələdçiləri” “Açıq qapı” günündə iştirak ediblər
- Sahibkarlıq subyektləri üçün Xaçmazda “Təcrübə mübadiləsi” təşkil olunub
- Sahibkarlıq subyektləri üçün Xaçmazda “Təcrübə mübadiləsi” təşkil olunub
- AQTİ elektronçu-mühəndis vəzifəsi üzrə işə qəbul elan edir
- AQTİ elektronçu-mühəndis vəzifəsi üzrə işə qəbul elan edir
- AQTİ-də “Risk əsaslı yanaşma və prosesin optimizasiyası” mövzusunda təlimlər başlayıb
- AQTİ-də “Risk əsaslı yanaşma və prosesin optimizasiyası” mövzusunda təlimlər başlayıb
- Məktəblilərə qida məhsulları ilə davranış qaydaları barədə məlumat verilib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) baytar həkimləri Bakı və bölgələrdə işə dəvət edir. Namizədlərdən müvafiq sahə üzrə ali təhsil və ixtisası üzrə iş təcrübəsi tələb olunur.
Namizədlər, həmçinin baytarlıq sahəsində qanunvericiliyi, heyvan mənşəli xammal və məhsulların baytarlıq-sanitariya ekspertizasının aparılması qaydalarını bilməli, müvafiq inzibati ərazi vahidinin iqtisadi potensialı haqqında məlumata sahib olmalıdırlar.
Namizədlər üçün yaş həddi - 45 yaşa qədərdir.
İşə qəbul vaxtı magistratura təhsili olan namizədlərə üstünlük veriləcək. Üstünlüklərdən biri də əmək fəaliyyəti zamanı istehsalatdan ayrılmadan aidiyyəti təlim, təkmilləşmə və yenidənhazırlanma təlimlərinə cəlb olunmaqdır.
İşə qəbul müsahibə əsasında aparılacaq. Namizədlər CV-lərini mövzu yerinə “Baytar həkim” yazaraq hr.aqti@afsa.gov.az e-poçt ünvanına göndərə bilərlər.
Göstərilən tələblərə cavab verən namizədlərin CV-ləri təhlil ediləndən sonra müsahibəyə dəvət olunacaqlar.
Əlaqə nömrəsi: (+994 12) 377-00-20 (daxili: 530).