AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTİ-də dönərin emalı aparılan obyektlərin əməkdaşları üçün növbəti təlim keçiriləcək
24-05-2024 15:01

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə keçirilən təlimlər davam edir. 

"DÖNƏMM" (Dönər Emalı Müəsissələrinin Məlumatlandırılması) layihəsi çərçivəsində AQTİ-də 31.05.2024-cü il tarixində dönərin emalı aparılan obyektlərin əməkdaşları üçün növbəti ödənişsiz təlim keçiriləcək. Saat 11:00-da başlayacaq təlim barədə daha ətraflı məlumat almaq və təlimdə iştirak etmək istəyən sahibkarlıq subyektləri 070 223 12 32 nömrəli telefona zəng edə bilərlər.

Qeyd edək ki, təlimdə iştirakçılar dönərin emalı aparılan obyektlərin qeydiyyatdan keçirilməsi və bu sahə ilə bağlı qanunvericiliyin digər tələbləri haqqında ətraflı məlumatlandırılacaq. Onlara çiy dönərin emalı üçün istifadə olunan ətə və hazır çiy dönər yarımfabrikatları ilə işləyən ictimai-iaşə obyektlərinə dair tələblər, işçilərin tibbi müayinədən keçirilməsi, həmçinin müvafiq müəssisələrdə qida ilə təmasda olan səthlər, alətlər, avadanlıqlar və ləvazimatlar haqqında məlumat veriləcək.

Təlim zamanı mövzu ətrafında müzakirələr aparılacaq, suallar cavablandırılacaq.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır