- “Qida Təhlükəsizliyi Könüllüləri” mükafatlandırılıb
- “HALAL” standartını tətbiq etmək istəyən sahibkarlar üçün təlim keçiriləcək
- İctimai iaşə müəssisələrinin nümayəndələri ilə görüş keçirilib
- AQTİ-də Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirilib
- "Ulduz reytinq" layihəsi ictimai iaşə müəssisələrinə üstünlük qazandırır
- ”Qida təhlükəsizliyi, qidalanma və sağlam pəhriz üzrə Azərbaycana baxış” mövzusunda məruzə dinlənilib
- AQTİ-də Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub
- “HALAL” sertifikatlaşma məhsulların etibarlı şəkildə istehlak olunmasını təmin edir
- Qida obyektlərində HACCP sisteminin tətbiqinin hansı fayda və üstünlükləri var?
- VGNKİ direktor müavini Aleksey Tretyakov AQTİ-də olub
- Kompleks Tədqiqatlar Laboratoriyası səriştəlilik sınaqlarında yüksək nəticə göstərib
- AQTİ-nin Şamaxı Regional Sınaq Laboratoriyası torpaqda ümumi üzvi karbon müayinəsi xidmətini təklif edir
Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan hökumətinin Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı danışıqlarında və digər ticari fəaliyyətlərdə potensialının artırılması” layihəsi çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) seminar keçirilib. Seminar “SPS Məlumat Mərkəzinin funksiyalarının operativləşdirilməsi” mövzusuna həsr olunub.
Seminarda sözügedən layihənin eksperti Alidə Mahmudova, AQTİ-nin Hüquqi təminat şöbəsinin, eləcə də Azərbaycan Standartlaşdırma İnstitutunun mütəxəssisləri iştirak ediblər.
Qeyd edək ki, SPS Məlumat Mərkəzi – ÜTT-yə üzv dövlətlərə Sanitar və Fitosanitar Tədbirlərin Tətbiqi haqqında Sazişdən irəli gələn məsələlər üzrə normativ hüquqi aktlar və müvafiq prosedurlar haqqında bildirişlərin verilməsi, Azərbaycanın xarici ticarət tərəfdaşlarından daxil olan sorğuların cavablandırılaması və digər funksiyaları yerinə yetirir.
Ölkəmiz ticarətlə əlaqəli sahələrdə potensialını gücləndirmək məqsədilə beynəlxalq qurumlar və donor təşkilatlarla əməkdaşlıq edir. Bu qurumların sırasına ÜTT ilə yanaşı, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Birliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyi daxildir.
ÜTT-yə üzvlük istiqamətində Azərbaycan hökumətinə göstərilən dəstəyin iqtisadi şaxələnməyə və qeyri-neft sektorunun inkişafına töhfə verəcəyi gözlənilir.