- AQTİ mütəxəssisi Azərbaycanda ilk dəfə EPPO-nun təqaüd proqramını qazanıb
- AQTİ Tovuzda müvafiq sahələr üzrə işə qəbul üçün vakansiya elan edir
- “Sağlam məktəbli” layihəsi çərçivəsində görüşlər davam etdirilir
- “Sağlam məktəbli” layihəsi davam edir
- AQTİ elmi məlumat bazasından istifadəni açıq elan edib
- AQTİ ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının və elmi mərkəzlərin mütəxəssislərini əməkdaşlığa dəvət edir
- AQTİ dekabr ayı üçün laboratoriyalararası səriştəlilik sınağına start verir
- AQTİ dekabr ayı üçün laboratoriyalararası səriştəlilik sınağına start verir
- AQTİ məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları üçün təlimlərə start verib
- AQTİ-nin laboratoriyası növbəti səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
- AQTİ-nin laboratoriyası növbəti səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
- AQTİ qida məhsullarının çatdırılması xidmətlərinə dair təlimləri davam etdirir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) fəaliyyət istiqamətləri üzrə, eləcə də qida sahəsində ictimai məlumatlılığın artırılması istiqamətində maarifləndirici tədbirləri davam etdirir. Növbəti belə tədbir Azərbaycan Tibb Universitetinin (ATU) V və VI kurs tələbələri üçün təşkil olunub.
Tədbirdə tələbələrə AQTİ-nin fəaliyyəti barədə geniş məlumat verilib. Qeyd olunub ki, qurumun əsas məqsədi insanların həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etməkdir. Bu məqsədlə İnstitutun müasir infrastruktura malik laboratoriyalarında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı göstəriciləri üzrə elmi-praktiki araşdırmalar, tədqiqatlar aparılır, kompleks müayinələr, laborator analizlər, sınaq işləri həyata keçirilir.
Həmçinin aparılan elmi fəaliyyətdə ixtisaslı mütəxəssislərin formalaşadırılması, kadr potensialının peşəkarlıq səviyyəsinin artırılmasının vacibliyi də vurğulanıb. Bildirilib ki, bu istiqamətdə təcrübə mübadilələrinə xüsusi diqqət yetirən AQTİ yüksəkixtisaslı kadrların qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırma və tədqiqat işlərinin aparılmasına da köməklik göstərir.
Tədbir gələcək məzunların müvafiq sahə üzrə suallarının cavablandırılması ilə yekunlaşıb.