- AQTİ-nin laboratoriyası beynəlxalq səriştəlilik sınağında növbəti dəfə uğur qazanıb
- AQTİ sahibkarlıq subyektləri əməkdaşlarını maarifləndirir
- Dünya Bankının nümayəndə heyəti AQTİ-nin fəaliyyəti ilə tanış olub
- AQTİ-nin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
- “Qida Təhlükəsizliyi Könüllüləri”nə qoşulmaq istəyən gənclərin qeydiyyatı başlayıb
- TAU-nun nümayəndə heyəti AQTİ-nin fəaliyyəti ilə tanış olub
- Mərkəzi Baytarlıq Laboratoriyası beynəlxalq səriştəlilik sınağında uğurlu nəticələr əldə edib
- HACCP-la bağlı təlim və məsləhət xidmətləri davam etdirilir
- AQTİ sahibkarlıq subyektlərinin əməkdaşları üçün təlimləri davam etdirir
- AQTİ-nin laboratoriyalarına növbəti mediatur təşkil olunub
- Media nümayəndələri Siyəzəndə “HALAL” uyğunluq sertifikatı almış müəssisənin fəaliyyəti ilə tanış olublar
- AQTİ Qarabağ Universitetinin tələbələri üçün təlimlər təşkil edib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) “Təlimçilər üçün təlim” proqramı başlayıb.
Proqram çərçivəsində keçirilən təlimlərdə İnstitutun sahibkarlıq subyektlərinin əməkdaşlarına təlim keçən mütəxəssisləri iştirak edirlər.
5 həftə davam edəcək təlimlər AQTİ-nin "Təlimçi Bazası"na üzv olan mütəxəssislərin bilik, bacarıq və peşəkarlıqlarının daha da artırılması, onların sahibkarlıq subyektlərinin əməkdaşlarına yüksək səviyyədə təlim keçməsinin təmin olunması məqsədilə reallaşdırılır.
Təlimlərdə iştirakçılara hədəf auditoriyanın tədris ehtiyaclarını müəyyənləşdirmək, həmin ehtiyacları ödəyəcək təlimi planlaşdırmaq, hazırlamaq, həyata keçirmək, nəzarət etmək, qiymətləndirmək və s. barədə məlumat verilir.
İnteraktiv formada keçirilən təlimlərdə mövzular ətrafında müzakirələr aparılır və iştirakçıların sualları cavablandırılır.
Qeyd edək ki, “Təlimçilər üçün təlim” proqramı bu sahədə müstəqil fəaliyyət göstərən mütəxəssis və ekspertlər tərəfindən keçirilir.