- ADNSU tələbələri ilə maarifləndirici görüş keçirilib
- 17 may - Ümumdünya Halal Standartları Günüdür
- Qoşqar Təhməzli Latviyanın kənd təsərrüfatı naziri ilə görüşüb
- Belarusun “BelAqroGen” Elmi İstehsalat Mərkəzi ilə AQTİ arasında əməkdaşlıq genişləndirilir
- ”Möcüzə Qida – Ana Südü” konfransı keçirilib
- Gəncədə fəaliyyət göstərən sahibkarlıq subyektləri HACCP sistemi ilə bağlı məlumatlandırılıb
- AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edir
- Məhsul və preparatların qeydiyyat müddətlərinin uzadılması ilə əlaqədar əvvəlcədən Agentliyə müraciət olunmalıdır
- “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində görüş keçirilib
- “Ulduz-reytinq” layihəsi çərçivəsində müraciətlərin sayı 100-ü keçib
- AQTİ “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans”da təmsil olunub
- Mərkəzi Baytarlıq Laboratoriyasından uğurlu nəticə
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriya mütəxəssislərinin bilik və bacarıqlarının artırılması məqsədilə mütəmadi olaraq təlimlər keçirilir.
Latviyanın BIOR laboratoriyasının mütəxəssislərinin “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” üzrə Tvinninq layihəsi çərçivəsində AQTİ mütəxəssisləri üçün növbəti təlimi baş tutub. Təlim “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun sınaq laboratoriyaları üçün üç diaqnostik üsul üzrə yoxlama və keyfiyyət təminatı tədbirləri və keyfiyyət sisteminə tələblər” mövzusuna həsr olunub.
Təlim çərçivəsində latviyalı mütəxəssislər yoxlama parametrləri ilə bağlı təqdimatla da çıxış ediblər.
İnteraktiv formada keçirilən təlim zamanı laboratoriya əməkdaşlarının fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. Təlimi uğurla başa vurmuş iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Tvininq layihəsinin keçirilməsində məqsəd diqqəti bitki mənşəli qida və yemlərə ayırmaqla, sanitar və fitosanitar qaydalara uyğun qanunvericiliyi daha da inkişaf etdirib təkmilləşdirmək, həmçinin beynəlxalq standartlarla uyğunlaşdırmaqdan ibarətdir.