- ADNSU tələbələri ilə maarifləndirici görüş keçirilib
- 17 may - Ümumdünya Halal Standartları Günüdür
- Qoşqar Təhməzli Latviyanın kənd təsərrüfatı naziri ilə görüşüb
- Belarusun “BelAqroGen” Elmi İstehsalat Mərkəzi ilə AQTİ arasında əməkdaşlıq genişləndirilir
- ”Möcüzə Qida – Ana Südü” konfransı keçirilib
- Gəncədə fəaliyyət göstərən sahibkarlıq subyektləri HACCP sistemi ilə bağlı məlumatlandırılıb
- AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edir
- Məhsul və preparatların qeydiyyat müddətlərinin uzadılması ilə əlaqədar əvvəlcədən Agentliyə müraciət olunmalıdır
- “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində görüş keçirilib
- “Ulduz-reytinq” layihəsi çərçivəsində müraciətlərin sayı 100-ü keçib
- AQTİ “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans”da təmsil olunub
- Mərkəzi Baytarlıq Laboratoriyasından uğurlu nəticə
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Bakı şəhəri və Abşeron rayonlarında fəaliyyət göstərən baytar-həkimləri ilə korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş maarifləndirici görüş keçirilib.
AQTİ-nin İdarə Heyəti sədrinin müavini Sahib Əliyevin, Daxili nəzarət və təhlükəsizlik departamentinin müdiri Cahangir Bayramovun, Heyvanların identifikasiyası və qeydiyyatı departamentinin müdir əvəzi İlkin Əlizadənin, əməkdaşların və baytar-həkimlərinin iştirak etdiyi tədbir “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar təşkil olunub.
Görüşdə Daxili nəzarət və təhlükəsizlik departamentinin əməkdaşı Telman Abbasov “Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda korrupsiyaya qarşı mübarizə istiqamətində beynəlxalq və yerli səviyyədə görülən tədbirlər, korrupsiya hüquqpozmalarının növləri və mənfi nəticələri, habelə korrupsiya risklərinin idarə edilməsi və qiymətləndirilməsi ilə bağlı bir sıra mövzulara toxunulub. Daha sonra korrupsiyaya qarşı mübarizə ilə bağlı bir sıra aktual məsələlər müzakirə olunub, iştirakçıların sualları cavablandırılıb.
AQTİ korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici görüşləri davam etdirəcək.