- AQTİ-də təlimləri uğurla başa vuran sahibkarlıq subyektlərinin əməkdaşlarına sertifikatlar təqdim olunub
- AQTİ-də HACCP mövzusunda növbəti məlumatlandırma təlimi keçirilib
- Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndə heyəti AQTİ-də olub
- AQTİ ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarını davam etdirir
- “Rosselxoznadzor“un nümayəndə heyəti AQTİ-də olub
- AQTİ-də HACCP mövzusunda növbəti məlumatlandırma təlimi keçiriləcək
- AQTİ qida məhsullarının çatdırılması xidməti ilə məşğul olan şirkətlərin əməkdaşlarını maarifləndirir
- AQTİ qida məhsullarının çatdırılması xidməti ilə məşğul olan şirkətlərin əməkdaşlarını maarifləndirir
- AQTİ ADAU-nun tələbə və məzunları üçün kəsim məntəqəsinə səfər təşkil edib
- AQTİ-də “Qida məhsullarının izlənilməsi” mövzusunda növbəti təlim keçiriləcək
- AQTİ növbəti laboratoriyalararası səriştəlilik sınağına start verir
- AQTİ növbəti laboratoriyalararası səriştəlilik sınağına start verir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə keçirilən təlimləri davam etdirir.
Bu çərçivədə AQTİ-də 30.04.2024-cü il tarixində qida subyektlərinin əməkdaşları üçün “Qida məhsullarının izlənilməsi” mövzusunda maarifləndirmə təliminin keçirilməsi planlaşdırılır. Saat 11:00-da başlayacaq təlim barədə daha ətraflı məlumat almaq və təlimdə iştirak etmək istəyən sahibkarlıq subyektləri 070 223 12 32 nömrəli telefona zəng edə bilərlər.
Qeyd edək ki, təlim zamanı iştirakçılara qida subyektlərini qida və yem məhsulları ilə təchiz edən subyektləri müəyyənləşdirməyə imkan verən izləmə sistemi və prosedurları, məhsulların izlənilməsi qaydası ilə müəyyən olunan sənədlərin kağız üzərində və (və ya) elektron daşıyıcılarda tərtib edilməsi və saxlanılması, həmçinin bu məsələlərlə bağlı məlumatların müvafiq orqana təqdim olunması barədə ətraflı məlumat veriləcək. Eyni zamanda onlar izlənilməni asanlıqla təmin etmək məqsədilə qida subyektləri tərəfindən bazara yerləşdirilən və ya yerləşdirilməsi nəzərdə tutulan qida və yem məhsullarının, qida məhsulları əldə edilən heyvanların, yaxud qida və yem məhsullarına əlavə olunması nəzərdə tutulan maddələrin etiketlənməsi və identikləşdirilməsi qaydaları haqqında məlumatlandırılacaqlar.
Təlim zamanı mövzu ətrafında müzakirələr aparılacaq, suallar cavablandırılacaq.