- “Ulduz-reytinq” layihəsi çərçivəsində müraciətlərin sayı 100-ü keçib
- AQTİ “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans”da təmsil olunub
- Mərkəzi Baytarlıq Laboratoriyasından uğurlu nəticə
- Ekspertlər AQTİ-nin laboratoriyaları ilə tanış olub
- AQTİ mütəxəsssisləri Braziliya və Türkiyədə qiymətləndirmə həyata keçirib
- Belarus səfiri AQTİ-də olub
- AQTİ quru süd nümunəsində səriştəlilik sınaqlarının aparılması üçün müraciətləri açıq elan edir
- AQTİ “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin əməkdaşlarına təlim keçib
- “Qida Təhlükəsizliyi Könüllüləri” mükafatlandırılıb
- “HALAL” standartını tətbiq etmək istəyən sahibkarlar üçün təlim keçiriləcək
- İctimai iaşə müəssisələrinin nümayəndələri ilə görüş keçirilib
- AQTİ-də Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) FHN-in Dövlət Yanğın Nəzarət Xidmətinin 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının da iştirakı ilə yanğın təhlükəsizliyi qaydaları mövzusunda tədbir keçirilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.
Tədbir iştirakçıları odsöndürənlərdən istifadə üsulları, baş verə biləcək yanğın zamanı təhlükəsizliyin təmin edilməsi və təxliyə yolları haqqında, eləcə də “112 – Qaynar xətti” barədə məlumatlandırılıblar. Yanğın təhlükəsizliyi qaydalarına hər kəsin ciddi şəkildə riayət etməsinin zəruriliyi xüsusi olaraq vurğulanıb. Xüsusən də iş vaxtının sonunda elektrik avadanlıqlarının şəbəkədən ayrılmasının yanğın təhlükəsizliyinin təmin edilməsində vacib faktorlardan biri olduğu bildirilib. Bundan başqa, yanğını nəzarətdə saxlamaq və onu aradan qaldırmaq üçün ilkin yanğınsöndürmə vasitələrindən düzgün və zamanında istifadə edilməsi də şərtdir. Qeyd edilib ki, odsöndürənin tam işlək vəziyyətdə olmasına daim diqqət yetirilməlidir.
Əgər müəssisədə yanğın elektrik avadanlığından yaranıbsa, dərhal naqilini cərəyandan ayırmaq və əl altında olan vasitələrlə yanğını söndürməyə başlamaq lazımdır. Su elektrik cərəyanı keçirdiyindən gərginlik altında olan elektrik naqilləri, cihaz və avadanlıqlar yanarkən su ilə söndürülməsi yolverilməzdir.
Həmçinin bildirilib ki, yanğın zamanı pəncərə şüşələrini sındırmaqla, pəncərəni açmaqla hava cərəyanı yaratmaq olmaz. Bu, alovu daha da şiddətləndirə bilər. Yanğın baş verən zaman təxliyə qaydalarını bilməyin zəruriliyi də nəzərə çatdırılıb. Tədbir iştirakçılarının digər sualları FHN-in Dövlət Yanğın Nəzarət Xidmətinin 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən cavablandırılıb, müzakirələr aparılıb.
Tədbirin davamı olaraq simulyasiya edilmiş yanğın zamanı təxliyə planına uyğun olaraq işçilərin təhlükəsiz yerə köçürülməsi həyata keçirilib, odsöndürən və digər mövcud vasitələrlə şərti yanğının söndürülməsinə başlanılıb. Həmçinin şərti xəsarət almış, eləcə də tüstüdən zəhərlənmiş işçilərə ilkin tibbi yardım göstərilib. Şərti yanğının söndürülməsi uğurla başa çatıb.