- “Ulduz-reytinq” layihəsi çərçivəsində müraciətlərin sayı 100-ü keçib
- AQTİ “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans”da təmsil olunub
- Mərkəzi Baytarlıq Laboratoriyasından uğurlu nəticə
- Ekspertlər AQTİ-nin laboratoriyaları ilə tanış olub
- AQTİ mütəxəsssisləri Braziliya və Türkiyədə qiymətləndirmə həyata keçirib
- Belarus səfiri AQTİ-də olub
- AQTİ quru süd nümunəsində səriştəlilik sınaqlarının aparılması üçün müraciətləri açıq elan edir
- AQTİ “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin əməkdaşlarına təlim keçib
- “Qida Təhlükəsizliyi Könüllüləri” mükafatlandırılıb
- “HALAL” standartını tətbiq etmək istəyən sahibkarlar üçün təlim keçiriləcək
- İctimai iaşə müəssisələrinin nümayəndələri ilə görüş keçirilib
- AQTİ-də Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) peşəkar kadrları Gəncə şəhərində fəaliyyət göstərəcək regional sınaq laboratoriyasında işə dəvət edir. Hazırda laboratoriya müdiri, kimyaçı və mikrobioloq vəzifələri üzrə vakant yerlər mövcuddur.
Laboratoriya müdiri vəzifəsini tutmaq istəyən namizədlər müvafiq ixtisas üzrə ali təhsilə malik olmalı, AZS ISO/IEC 17025 standartının şərtlərini, əhalinin sanitariya-epidemioloji salamatlığı sahəsində tətbiq olunan qanun və digər normativ hüquqi aktları bilməlidirlər. Laboratoriya sahəsində ən az 3 il iş təcrübəsi arzuolunandır.
Kimyaçı vəzifəsində çalışmaq istəyən namizədlər müvafiq ixtisas üzrə ali təhsilə malik olmalı, kimya sahəsində müasir laboratoriya metodlarını, laboratoriya avadanlıqları ilə işləməyi, onların kalibrasiyasını və minimum texniki qulluq tələblərini, kimyəvi preparatların saxlanılma və istifadə qaydalarını bilməlidirlər. Bu vəzifə üzrə bir illik iş təcrübəsi arzuolunandır.
Mikrobioloq vəzifəsini tutmaq istəyən namizədlər müvafiq ixtisas üzrə ali təhsilə malik olmalı, müasir laboratoriya metodlarını, laboratoriya avadanlıqları ilə işləməyi, onların kalibrasiyasını və minimum texniki qulluq tələblərini, kimyəvi preparatların saxlanılma və istifadə qaydalarını bilməlidirlər. Bu vəzifə üzrə bir illik iş təcrübəsi arzuolunandır.
Bundan başqa, hər üç vəzifəyə qəbul üçün müraciət edənlərdən dəqiqlik, diqqətlilik, planlama, məntiqi və analitik düşünmə qabiliyyəti, komanda ilə işləmə bacarığı və təşəbbüskarlıq tələb olunur.
Namizədlərdən CV-lərini mövzu yerinə "Gəncə" yazaraq hr.aqti@afsa.gov.az e-poçt ünvanına göndərmələri xahiş olunur. Tələblərə cavab verən namizədlərin CV-ləri təhlil edildikdən sonra müsahibəyə dəvət olunacaqlar.