- AQTİ “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin əməkdaşlarına təlim keçib
- “Qida Təhlükəsizliyi Könüllüləri” mükafatlandırılıb
- “HALAL” standartını tətbiq etmək istəyən sahibkarlar üçün təlim keçiriləcək
- İctimai iaşə müəssisələrinin nümayəndələri ilə görüş keçirilib
- AQTİ-də Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirilib
- "Ulduz reytinq" layihəsi ictimai iaşə müəssisələrinə üstünlük qazandırır
- ”Qida təhlükəsizliyi, qidalanma və sağlam pəhriz üzrə Azərbaycana baxış” mövzusunda məruzə dinlənilib
- AQTİ-də Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub
- “HALAL” sertifikatlaşma məhsulların etibarlı şəkildə istehlak olunmasını təmin edir
- Qida obyektlərində HACCP sisteminin tətbiqinin hansı fayda və üstünlükləri var?
- VGNKİ direktor müavini Aleksey Tretyakov AQTİ-də olub
- Kompleks Tədqiqatlar Laboratoriyası səriştəlilik sınaqlarında yüksək nəticə göstərib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Avstriya Sağlamlıq və Qida Təhlükəsizliyi Agentliyi arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, iki qurum arasında qida təhlükəsizliyi sahəsində prioritet istiqamətlər üzrə elmi araşdırmaların, təcrübə mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulub.
Memorandumda kadr hazırlığı, birgə tədqiqat layihələri, işçi heyət və məlumat mübadiləsi, həmçinin metodologiya, seminarlarda və elmi iclaslarda iştirak, birgə təlim proqramlarının həyata keçirilməsi sahəsində uzunmüddətli əməkdaşlığın icrası öz əksini tapıb. Bundan başqa, laboratoriya diaqnostikası məlumatları ilə bağlı hesabatlar, seminar və konfranslar vasitəsilə məlumat mübadiləsi üçün proqramlar hazırlamaq planlaşdırılır.