- AQTİ “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin əməkdaşlarına təlim keçib
- “Qida Təhlükəsizliyi Könüllüləri” mükafatlandırılıb
- “HALAL” standartını tətbiq etmək istəyən sahibkarlar üçün təlim keçiriləcək
- İctimai iaşə müəssisələrinin nümayəndələri ilə görüş keçirilib
- AQTİ-də Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirilib
- "Ulduz reytinq" layihəsi ictimai iaşə müəssisələrinə üstünlük qazandırır
- ”Qida təhlükəsizliyi, qidalanma və sağlam pəhriz üzrə Azərbaycana baxış” mövzusunda məruzə dinlənilib
- AQTİ-də Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub
- “HALAL” sertifikatlaşma məhsulların etibarlı şəkildə istehlak olunmasını təmin edir
- Qida obyektlərində HACCP sisteminin tətbiqinin hansı fayda və üstünlükləri var?
- VGNKİ direktor müavini Aleksey Tretyakov AQTİ-də olub
- Kompleks Tədqiqatlar Laboratoriyası səriştəlilik sınaqlarında yüksək nəticə göstərib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Belarus Respublikasının “Heyvandarlıqda İnformasiya Sistemləri Mərkəzi” dövlət müəssisəsi arasında “Azərbaycan Respublikası ərazisində heyvanların identifikasiyası, qeydiyyatı və izlənilməsi sisteminin yaradılması və tətbiqi sahəsində Anlaşma Memorandumu” imzalanıb.
Memorandum tərəflər arasında əməkdaşlığın əsas istiqamətlərini, o cümlədən heyvanların identifikasiyası, qeydiyyatı və izlənilməsi üzrə təcrübə və məlumat mübadiləsi, təcrübənin təşviqi məqsədilə mütəxəssislərin qarşılıqlı ziyarətləri ilə bağlı məsələləri əhatə edir.
Sənəddə Azərbaycan ərazisində heyvanların identifikasiyası, qeydiyyatı və izlənilməsi sisteminin yaradılması və tətbiqi, eləcə də iki ölkə arasında informasiya sistemlərinin inteqrasiyası üzrə məsləhətləşmələrin aparılması, metodiki kömək göstərilməsi kimi istiqamətlər də yer alıb.