- ”Möcüzə Qida – Ana Südü” konfransı keçirilib
- Gəncədə fəaliyyət göstərən sahibkarlıq subyektləri HACCP sistemi ilə bağlı məlumatlandırılıb
- AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edir
- Məhsul və preparatların qeydiyyat müddətlərinin uzadılması ilə əlaqədar əvvəlcədən Agentliyə müraciət olunmalıdır
- “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində görüş keçirilib
- “Ulduz-reytinq” layihəsi çərçivəsində müraciətlərin sayı 100-ü keçib
- AQTİ “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans”da təmsil olunub
- Mərkəzi Baytarlıq Laboratoriyasından uğurlu nəticə
- Ekspertlər AQTİ-nin laboratoriyaları ilə tanış olub
- AQTİ mütəxəsssisləri Braziliya və Türkiyədə qiymətləndirmə həyata keçirib
- Belarus səfiri AQTİ-də olub
- AQTİ quru süd nümunəsində səriştəlilik sınaqlarının aparılması üçün müraciətləri açıq elan edir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi, habelə qarşılıqlı bilik və təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi istiqamətində işləri davam etdirir.
Əməkdaşlıq əlaqələrinin müzakirəsi və məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə AQTİ ilə Latviyanın Qida Təhlükəsizliyi, Heyvan Sağlamlığı və Ətraf Mühit İnstitutu (BIOR) arasında onlayn formatda görüş keçirilib.
Görüşdə İnstitutda qida təhlükəsizliyi, baytarlıq və fitonasitar sahədə aparılan və planlaşdırılan elmi-tədqiqat işləri, eləcə də AQTİ tabeliyində fəaliyyət göstərən laboratoriyalar haqqında ətraflı məlumat verilib. Eyni zamanda İnstitutda həyata keçirilən tədqiqat işləri və peşəkar kadrların formalaşdırılması istiqamətində qarşılıqlı əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Daha sonra BIOR İnstitutunun direktoru Aivars Berzins qurumun fəaliyyəti haqqında təqdimatla çıxış edib.
Görüş çərçivəsində AQTİ və Latviyanın BIOR İnstitutu arasında Anlaşma Memorandumunun imzalanmasına dair müzakirələr aparılıb.