AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTİ ilə ADNSU arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb
30-01-2021 12:20

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında elm, təhsil və tədqiqat üzrə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

İnstitutun İdarə Heyətinin sədri Sadiq Məmmədov və Universitetin rektoru Mustafa Babanlı tərəfindən imzalanan memorandumda qarşılıqlı və faydalı əməkdaşlığa əsaslanan pedaqoji, elmi-tədqiqat işlərinin və müştərək layihələrin həyata keçirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması və təminatı sisteminin yaxşılaşdırılması kimi məsələlər öz əksini tapıb.

Anlaşma memorandumuna əsasən, AQTİ və ADNSU arasında laboratoriyalararası qarşılıqlı sınaqların aparılması və laboratoriya idarəetmə standartları üzrə birgə təlimlərin təşkili həyata keçiriləcək. Həmçinin tərəflər arasında imzalanan memoranduma əsasən, tələbə və mütəxəssislərdə mikrobiologiya, kimya, toksikologiya və digər müvafiq sahələrə marağın yaradılması və beynəlxalq standartlara cavab verən laboratoriyalarda işləmək bacarıqlarının təkmilləşdirilməsi məqsədilə İnstitutun fəaliyyətinin tanıdılması istiqamətində işlər görüləcək. Əməkdaşlıq çərçivəsində Universitetin bakalavr, magistr və doktorantura tələbələri AQTİ-nin elmi-tədqiqat işləri, təcrübə və könüllülük proqramlarına cəlb olunacaq.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır