- ADNSU tələbələri ilə maarifləndirici görüş keçirilib
- 17 may - Ümumdünya Halal Standartları Günüdür
- Qoşqar Təhməzli Latviyanın kənd təsərrüfatı naziri ilə görüşüb
- Belarusun “BelAqroGen” Elmi İstehsalat Mərkəzi ilə AQTİ arasında əməkdaşlıq genişləndirilir
- ”Möcüzə Qida – Ana Südü” konfransı keçirilib
- Gəncədə fəaliyyət göstərən sahibkarlıq subyektləri HACCP sistemi ilə bağlı məlumatlandırılıb
- AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edir
- Məhsul və preparatların qeydiyyat müddətlərinin uzadılması ilə əlaqədar əvvəlcədən Agentliyə müraciət olunmalıdır
- “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində görüş keçirilib
- “Ulduz-reytinq” layihəsi çərçivəsində müraciətlərin sayı 100-ü keçib
- AQTİ “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans”da təmsil olunub
- Mərkəzi Baytarlıq Laboratoriyasından uğurlu nəticə
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qabaqcıl ölkələrin biliklərinin öyrənilməsi və qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində tədbirlərini davam etdirir.
Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq imkanlarına dair müzakirələrin aparılması və fəaliyyət istiqamətlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Böyük Britaniyanın Heyvan və Bitki Sağlamlığı Agentliyi (APHA) arasında onlayn görüş keçirilib. Görüş çərçivəsində APHA-nın sınaq portfeli və səriştəlilik sınaq sxemləri, ticarətə dəstək sınaqları, qida təhlükəsizliyi üçün tədqiqat və eksperimental inkişaf və nəzarət, keyfiyyət idarəetmə sistemləri və akkreditasiya sistemi və İnstitutun fəaliyyəti barədə təqdimatlar olub.
Tərəflər Azərbaycanda heyvan və bitki sağlamlığı üzrə prioritet istiqamətlərdə əməkdaşlığın davam etdirilməsi, ortaq əməkdaşlıq istiqamətləri üzrə təkliflərin qarşı tərəfə göndərilməsi, qarşılqılı əməkdaşlıq istiqamətlərinin müzakirəsi məqsədilə hər iki qurumun mütəxəssisləri arasında virtual formatda görüşlərin keçirilməsi, Böyük Britaniyanın müvafiq qurumunun Referens Laboratoriyalarının təcrübəsinin öyrənilməsi, elmi-tədqiqat işlərinin aparılması istiqamətində təkliflərin müəyyən edilməsi, monitorinq və səriştəlilik sınaqlarında iştirak üzrə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və s. barədə razılığa gəliblər.