- AQTİ mütəxəssisi Azərbaycanda ilk dəfə EPPO-nun təqaüd proqramını qazanıb
- AQTİ Tovuzda müvafiq sahələr üzrə işə qəbul üçün vakansiya elan edir
- “Sağlam məktəbli” layihəsi çərçivəsində görüşlər davam etdirilir
- “Sağlam məktəbli” layihəsi davam edir
- AQTİ elmi məlumat bazasından istifadəni açıq elan edib
- AQTİ ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının və elmi mərkəzlərin mütəxəssislərini əməkdaşlığa dəvət edir
- AQTİ dekabr ayı üçün laboratoriyalararası səriştəlilik sınağına start verir
- AQTİ dekabr ayı üçün laboratoriyalararası səriştəlilik sınağına start verir
- AQTİ məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları üçün təlimlərə start verib
- AQTİ-nin laboratoriyası növbəti səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
- AQTİ-nin laboratoriyası növbəti səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
- AQTİ qida məhsullarının çatdırılması xidmətlərinə dair təlimləri davam etdirir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Gürcüstan nümayəndə heyəti ilə görüş təşkil edilib.
AQTİ-də keçirilən görüşdə Gürcüstanın Milli Qida Agentliyinin rəis müavini Vasili Basiladzenin rəhbərlik etdiyi nümayəndə heyətinə İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə İnstitutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida, bitki və heyvan mənşəli məhsulların təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələr aparılır.
Həmçinin görüşdə ölkələr arasında təcrübə mübadiləsi, səriştəlilik sınaqlarının aparılması, davamlı tərəfdaşlığın möhkəmləndirilməsi ilə bağlı müzakirələr aparılıb, eləcə də AQTİ tərəfindən xırdabuynuzlu heyvanların taun xəstəliyi və antibiotik qalıqları mövzusunda təqdimatlar edilib.
Daha sonra qonaqlar iş prinsipi ilə tanış olmaq məqsədilə AQTİ-nin laboratoriyalarına baxış keçiriblər. Onlar Kompleks Tədqiqatlar Laboratoriyası, Milli Referans Laboratoriyası və Mərkəzi Baytarlıq Laboratoriyasında olublar. Gürcüstandan olan nümayəndə heyəti laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşün sonunda AQTİ ilə Gürcüstanın Dövlət Kənd Təsərrüfatı Laboratoriyası arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumda AQTİ ilə Gürcüstanın Dövlət Kənd Təsərrüfatı Laboratoriyası arasında heyvan sağlamlığı sahəsində gələcək əməkdaşlıq və bacarıqların inkişafı, tərəflər arasında davamlı əməkdaşlığın təmin olunması, xüsusi təhlükəli patogenlər tərəfindən törədilən epidemiyaların aşkarlanması, onların qarşısının alınması tədbirləri və çoxtərəfli peşəkar mübadilələrin inkişaf etdirilməsi nəzərdə tutulub.