- AQTİ mütəxəssisi Azərbaycanda ilk dəfə EPPO-nun təqaüd proqramını qazanıb
- AQTİ Tovuzda müvafiq sahələr üzrə işə qəbul üçün vakansiya elan edir
- “Sağlam məktəbli” layihəsi çərçivəsində görüşlər davam etdirilir
- “Sağlam məktəbli” layihəsi davam edir
- AQTİ elmi məlumat bazasından istifadəni açıq elan edib
- AQTİ ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının və elmi mərkəzlərin mütəxəssislərini əməkdaşlığa dəvət edir
- AQTİ dekabr ayı üçün laboratoriyalararası səriştəlilik sınağına start verir
- AQTİ dekabr ayı üçün laboratoriyalararası səriştəlilik sınağına start verir
- AQTİ məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları üçün təlimlərə start verib
- AQTİ-nin laboratoriyası növbəti səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
- AQTİ-nin laboratoriyası növbəti səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
- AQTİ qida məhsullarının çatdırılması xidmətlərinə dair təlimləri davam etdirir
Martın 2-si saat 11:00-da İmişli Rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli İmişli, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edəcək.
Bununla bağlı, AQTA Qida Təhlükəsizliyi İnstitutunun qeyd olunan regionlar üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən vətəndaşları görüşə dəvət edir. Qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, tibbi profilaktika, aqronomluq, bitki mühafizəsi, kimya, biologiya, torpaqşünaslıq və aqrokimya, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi ixtisasına yiyələnmiş vətəndaşlar işlə bağlı müraciət edə bilərlər.
Vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya "1003-Çağrı Mərkəzi" ilə əlaqə saxlayaraq martın 1-dək qəbula yazıla bilərlər.
Qeyd edək ki, vətəndaşlar pandemiya dövrünün tələblərinə uyğun, qəbula əvvəlcədən qeydiyyatdan keçdikləri siyahı və şəxsiyyətlərini təsdiq edən sənədlər əsasında buraxılacaqlar.