- “Risk əsaslı yanaşma və prosesin optimizasiyası” mövzusunda növbəti təlim keçirilib
- “Risk əsaslı yanaşma və prosesin optimizasiyası” mövzusunda növbəti təlim keçirilib
- AQTA-nın “Sağlam məktəbli” layihəsi uğurla yekunlaşıb
- AQTİ ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarının təşkilini davam etdirir
- AQTİ ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarının təşkilini davam etdirir
- “Məktəblilərin qida bələdçiləri” “Açıq qapı” günündə iştirak ediblər
- “Məktəblilərin qida bələdçiləri” “Açıq qapı” günündə iştirak ediblər
- Sahibkarlıq subyektləri üçün Xaçmazda “Təcrübə mübadiləsi” təşkil olunub
- Sahibkarlıq subyektləri üçün Xaçmazda “Təcrübə mübadiləsi” təşkil olunub
- AQTİ elektronçu-mühəndis vəzifəsi üzrə işə qəbul elan edir
- AQTİ elektronçu-mühəndis vəzifəsi üzrə işə qəbul elan edir
- AQTİ-də “Risk əsaslı yanaşma və prosesin optimizasiyası” mövzusunda təlimlər başlayıb
Ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsində laboratoriya sisteminin inkişafı müstəsna əhəmiyyətə malikdir. Bu məqsədlə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, eləcə də modernləşdirilməsi, həmçinin beynəlxalq metodlardan istifadənin genişləndirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər görülür.
2020-ci ilin ilin yanvar-dekabr ayları ərzində İnstitutun Analitik Ekspertiz Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyalarda ümumilikdə 1731 müayinə parametri üzrə sınaqlar həyata keçirilib. Həmçinin sınaqlar qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsi olmaqla 642 fərqli parametrlə aparılıb.
Eyni zamanda İnstitut tərəfindən daha çox qida təhlükəsizliyi problemi olan parametrlərə və məhsullara uyğun risk əsaslı müayinə metodlarının seçilməsinin təmin edilməsi məqsədilə yeni strategiya hazırlanıb. Hazırlanan strategiya əsasında qüvvədə olan qida təhlükəsizliyi standartlarının beynəlxalq qida təhlükəsizliyi standartlarına uyğunlaşdırılması çərçivəsində laboratoriyalarda istifadə edilən metodlarda dəyişikliklər edilib, standartlara uyğun metodlar üzrə reaktiv-reagent və digər lazımi vəsaitlər əldə edilib.
Həmçinin İnstitut tərəfindən xüsusilə idxal məhsullarının müayinəsinin operativ həyata keçirilməsi məqsədi ilə müştəri sifarişləri əsasında ekspres müayinə metodlarından istifadə edilməsi həyata keçirilib. Bu məqsədlə zəruri reaktivlər təmin edilib və istifadə edilən cihazlar metroloji baxışdan keçirilib.