- AQTİ ilə Avropa Qida Təhlükəsizliyi Qurumu arasında görüş keçirilib
- AQTİ laboratoriyası daha bir səriştəlilik sınağında yüksək nəticə göstərib
- AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası növbəti uğurlu nəticə əldə edib
- "Rosselxoznadzor" rəhbərinin müavini AQTİ laboratoriyalarının fəaliyyəti ilə tanış olub
- AQTİ işə qəbul üçün vakansiya elan edir
- Rusiya nümayəndə heyəti AQTİ laboratoriyaları ilə tanış olub
- Sahibkarlıq subyektlərinin əməkdaşları üçün “HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi” mövzusunda təlim keçirilib
- Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının baş direktoru AQTİ laboratoriyalarının iş şəraiti ilə tanış olub
- AQTİ-nin Lənkəran Regional Sınaq Laboratoriyası akkreditasiyadan keçib
- Göygöl Regional Sınaq Laboratoriyası heyvan xəstəliklərinin diaqnostikası üzrə ixtisaslaşıb
- AQTİ-də ictimai iaşə müəssisələrinin əməkdaşları üçün təlim keçirilib
- Ümumdünya Qida Təhlükəsizliyi Günü münasibətilə qida bələdçiləri tərəfindən ümumtəhsil müəssisələrində görüşlər keçirilib
Əhalinin sağlamlığının qorunması, qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, eləcə də modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin işçilərin peşəkarlığının yüksəldilməsi, müayinə nəticələrinin tanınması məqsədilə bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri inkişaf etdirilir.
AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyasında da qabaqcıl texnologiyaların tətbiq istiqamətində maddi-texniki baza mütəmadi olaraq zənginləşdirilir, kadrların səriştəliliyinin artırılması üçün təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik (Proficiency test) sınaqlarında iştirakı təmin edilir.
Qeyd edək ki, Mərkəzi Baytarlıq Laboratoriyasında istifadə edilən müasir cihaz və avadanlıqlar patomorfoloji, mikrobioloji, virusoloji, seroloji, molekulyar-genetik, kimyəvi-toksikoloji və parazitoloji müayinələri həyata keçirməyə imkan verir. Laboratoriyada həm insanlar, həm də heyvanlar üçün təhlükəli hesab edilən yoluxucu xəstəliklərdən olan bruselyozun təyin olunması üçün molekulyar genetik diaqnostikası PZR (polimer zəncirvari reaksiya) metodundan, ELISA müayinə metodundan, Rose-bengal sınağı və süd-həlqə reaksiyası metodlarından istifadə edilir. Bu sahədə müayinələrin beynəlxalq tələblərə uyğun həyata keçirilməsi üçün laboratoriya mütəmadi olaraq peşəkarlıq sınaqlarına cəlb edilir. Qeyd edək ki, Mərkəzi Baytarlıq Laboratoriyası dəfələrlə İngiltərənin VETQAS (APHA SCIENTIFIC) şirkəti tərəfindən təşkil edilmiş səriştəlilik test proqramlarında uğurla iştirak edib. Hollandiya, Cənubi Afrika, Yeni Zelandiya, BƏƏ, ABŞ, Norveç, Böyük Britaniya, Braziliya, Portuqaliya, Rusiya, Avstraliya kimi ölkələrin də iştirak etdiyi səriştəlik test proqramında laboratoriya bruselyoz xəstəliyinin PZR və ELİSA metodları üzrə həyata keçirdiyi müayinələr üzrə yüksək nəticələr əldə edib.