AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTİ əməkdaşları Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürüb
07-10-2020 12:05

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürüb.

İnstitutun əməkdaşları könüllü olaraq biraylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə ediblər.

AQTİ əməkdaşları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlar həyata keçirən rəşadətli Ordumuzun yanındadır və bu tarixi günlərdə ordumuza şanlı qələbə arzu edir.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır