- AQTİ mütəxəssisi Azərbaycanda ilk dəfə EPPO-nun təqaüd proqramını qazanıb
- AQTİ Tovuzda müvafiq sahələr üzrə işə qəbul üçün vakansiya elan edir
- “Sağlam məktəbli” layihəsi çərçivəsində görüşlər davam etdirilir
- “Sağlam məktəbli” layihəsi davam edir
- AQTİ elmi məlumat bazasından istifadəni açıq elan edib
- AQTİ ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının və elmi mərkəzlərin mütəxəssislərini əməkdaşlığa dəvət edir
- AQTİ dekabr ayı üçün laboratoriyalararası səriştəlilik sınağına start verir
- AQTİ dekabr ayı üçün laboratoriyalararası səriştəlilik sınağına start verir
- AQTİ məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları üçün təlimlərə start verib
- AQTİ-nin laboratoriyası növbəti səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
- AQTİ-nin laboratoriyası növbəti səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
- AQTİ qida məhsullarının çatdırılması xidmətlərinə dair təlimləri davam etdirir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdindəki laboratoriyalarda çalışan işçilərin peşəkarlığının artırılması və laboratoriya nəticələrinin tanınması məqsədilə bu sahədə fəaliyyət göstərən xarici ölkə laboratoriyaları, beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri daim inkişaf etdirilir. Laboratoriya mütəxəssisləri mütəmadi olaraq xarici ölkələrdə keçirilən təlimlərdə iştirak edir, təcrübə mübadiləsi aparırlar.
İnstitutun əməkdaşları Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin təşkilatçılığı ilə həmin nazirliyin nəzdindəki İstanbul Qidaya Nəzarət Laboratoriya Mərkəzinin Keyfiyyət idarəetməsi şöbəsinin müdiri Hilkat Aksakal tərəfindən keçirilən “Metod validasiya və verifikasiyası” mövzusunda onlayn təlimdə iştirak ediblər. Təlimə AQTİ-nin Mərkəzi Baytarlıq, Milli Referens, Kompleks Tədqiqatlar, Mərkəzi Fitosanitar laboratoriyalarının mütəxəssisləri ilə yanaşı, Bakı, Abşeron, Tovuz, Lənkəran və Göygöl regional sınaq laboratoriyalarının mütəxəssisləri də qatılıblar.
Sınaq laboratoriyaları üçün nəzərdə tutulan “Metod validasiya və verifikasiyası” təlimi ISO/IEC 17025 standartının tələblərinə uyğun olaraq metodun validasiya və verifikasiyasını həyata keçirmək üçün lazımi bilik və bacarıqların əldə edilməsi, validasiya və verifikasiya parametrlərinin izahı, qeyri-müəyyənlik komponentlərinin müəyyən olunması və hesablanmasını əhatə edir.
Qeyd edək ki, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə AQTİ laboratoriyalarının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mütəmadi olaraq zəruri tədbirlər görülür.