- AQTİ “Qida subyektlərində sanitar-gigiyenik normalar” mövzusunda təlimlərini davam etdirir
- AQTİ “Qida subyektlərində sanitar-gigiyenik normalar” mövzusunda təlimlərini davam etdirir
- Bakıda keçirilən beynəlxalq tədbirin iştirakçıları AQTİ-də olublar
- Bakıda keçirilən beynəlxalq tədbirin iştirakçıları AQTİ-də olublar
- AQTİ-nin laboratoriyası beynəlxalq səriştəlilik sınaqlarında növbəti dəfə uğurlu nəticələr əldə edib
- AQTİ-nin laboratoriyası beynəlxalq səriştəlilik sınaqlarında növbəti dəfə uğurlu nəticələr əldə edib
- AQTİ “1003-Çağrı Mərkəzi”nə işə qəbul elan edir
- AQTİ qida məhsullarının çatdırılması xidmətləri ilə bağlı təlimlərə start verib
- AQTİ qida məhsullarının çatdırılması xidmətləri ilə bağlı təlimlərə start verib
- AQTİ-nin laboratoriyası beynəlxalq səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
- AQTİ-nin laboratoriyası beynəlxalq səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
- AQTİ Naxçıvanda qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə çalışmaq istəyən mütəxəssisləri əməkdaşlığa dəvət edir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdindəki laboratoriyalarda çalışan işçilərin peşəkarlığının artırılması və laboratoriya nəticələrinin tanınması məqsədilə bu sahədə fəaliyyət göstərən xarici ölkə laboratoriyaları və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri daim inkişaf etdirilir. Laboratoriya mütəxəssisləri mütəmadi olaraq respublikada və xarici ölkələrdə keçirilən təlimlərə qatılır, təcrübə mübadiləsi aparırlar.
Bu çərçivədə AQTİ əməkdaşları Türkiyə Cümhuriyyəti Kənd Təsərrüfatı və Meşə Nazirliyi tərəfindən “ISO/IEC 17043 Uyğunluğun qiymətləndirilməsi-səriştəlilik testinə dair ümumi tələblər” və “ISO/IEC 13528 Laboratoriyalararası müqayisə yolu ilə səriştəlilik sınaqlarında istifadə üçün statistik üsullar” mövzularında təşkil olunan təlimdə iştirak ediblər.
Təlimin keçirilməsində məqsəd səriştəlilik testlərini təşkil edən təşkilatların səlahiyyətlərinin tanınması üçün ümumi tələbləri və bu sahədə akkreditə olmaq istəyən təşkilatlar üçün hazırlanmış ISO/IEC 17043 beynəlxalq standartının tələblərini izah etməkdən ibarətdir.
Təlim zamanı iştirakçılara standartın tələblərinə əsaslanan keyfiyyət idarəetmə sisteminin qurulması, səriştəlilik sınaqlarının təşkili, müəyyən sınaq və ya ölçmələr üçün laboratoriya fəaliyyətinin qiymətləndirilməsi və performansın davamlılığının müşahidə edilməsi barədə ətraflı məlumat verilib. Eləcə də onlar sınaq və ya ölçmə metodlarının effektivliyinin dəyərləndirilməsi, referans materialların qiymətləndirilməsi, onların müvafiq sınaq və ya ölçmə prosedurları üçün istifadəyə uyğunluğunun qiymətləndirilməsi haqqında məlumatlandırılıblar. Həmçinin təlimdə “ISO/IEC 13528 Laboratoriyalararası müqayisə yolu ilə səriştəlilik sınaqlarında istifadə üçün statistik üsullar” standartını əhatə edən homogenlik və stabillik, səriştəlilik testi nəticələrinin əldə olunması və ilkin təhlili, dayanıqlı (robust) statistik metodlar, performans statistikaları, qrafiklər və digər məsələlər ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması məqsədilə AQTİ laboratoriyalarının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mütəmadi olaraq zəruri tədbirlər görülür.