- ”Möcüzə Qida – Ana Südü” konfransı keçirilib
- Gəncədə fəaliyyət göstərən sahibkarlıq subyektləri HACCP sistemi ilə bağlı məlumatlandırılıb
- AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edir
- Məhsul və preparatların qeydiyyat müddətlərinin uzadılması ilə əlaqədar əvvəlcədən Agentliyə müraciət olunmalıdır
- “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində görüş keçirilib
- “Ulduz-reytinq” layihəsi çərçivəsində müraciətlərin sayı 100-ü keçib
- AQTİ “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans”da təmsil olunub
- Mərkəzi Baytarlıq Laboratoriyasından uğurlu nəticə
- Ekspertlər AQTİ-nin laboratoriyaları ilə tanış olub
- AQTİ mütəxəsssisləri Braziliya və Türkiyədə qiymətləndirmə həyata keçirib
- Belarus səfiri AQTİ-də olub
- AQTİ quru süd nümunəsində səriştəlilik sınaqlarının aparılması üçün müraciətləri açıq elan edir
Qida təhlükəsizliyi sahəsində kadr potensialının gücləndirilməsi və laboratoriya əməkdaşlarının peşəkarlığının artırılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssislərinin mütəmadi olaraq yerli və beynəlxalq təlimlərdə iştirakı təmin edilir.
Növbəti belə təlim Amerika Birləşmiş Ştatları Müdafiə Departamentinin Bioloji Təhlükənin Azaldılması Proqramı çərçivəsində “Biotəhlükəsizlik və biomühafizə” mövzusunda AQTİ-nin laboratoriya mütəxəssislərinə keçilib. Təlimdə heyvan sağlamlığı laboratoriyalarında bioriskin idarə edilməsi və strategiyası, bioetika, problemli ikili istifadə tədqiqatları, virusoloji, bakterioloji, seroloji, molekulyar bioloji müayinələr zamanı biotəhlükəsizlik və biomühafizə risklərinin səciyyələndirilməsi və təhlili ilə bağlı iştirakçılara geniş məlumat verilib.
Sonda təlimçilər və iştirakçılar arasında mövzu ilə bağlı müzakirələr aparılıb, mütəxəssislərin sualları cavablandırılıb.