AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTİ mütəxəssisləri tərəfindən növbəti təlim keçirilib
22-12-2022 15:24

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida təhlükəsizliyi sahəsi ilə bağlı olan sahibkarlıq subyektlərinin fəaliyyətinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədi ilə keçirilən təlimləri davam etdirir.

Növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən “Bazarstore” MMC-nin əməkdaşları üçün “Saxlanma və daşınma proseslərində qida təhlükəsizliyinin təmin olunması” mövzusunda təşkil edilib.

Təlim zamanı iştirakçılar qida zəncirinin mərhələləri, qida məhsullarının saxlanması və daşınması prosesləri, bu zaman icra edilməli olan təhlükəsizlik qaydaları və qanunvericiliyin tələbləri, eləcə də beynəlxalq təcrübə haqqında ətraflı məlumatlandırılıb. Qida məhsullarının saxlanması və daşınması zamanı sanitar texniki və sanitar gigiyenik, havalandırma, temperatur rejimi, işıqlandırma və digər məsələlərə dair tələblərin yerinə yetirilməsinin vacib olduğu diqqətə çatdırılıb.

Təlimdə iştirakçıların sualları cavablandırılıb və tədbirin sonunda onlara sertifikatlar təqdim edilib.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır