- AQTİ-nin Şamaxı Regional Sınaq Laboratoriyası torpaqda ümumi üzvi karbon müayinəsi xidmətini təklif edir
- ADA Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib
- Milli Referens Laboratoriyasından daha bir uğurlu nəticə
- AQTİ-nin laboratoriyası beynəlxalq səriştəlilik sınağında növbəti dəfə uğur qazanıb
- AQTİ sahibkarlıq subyektləri əməkdaşlarını maarifləndirir
- Dünya Bankının nümayəndə heyəti AQTİ-nin fəaliyyəti ilə tanış olub
- AQTİ-nin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
- “Qida Təhlükəsizliyi Könüllüləri”nə qoşulmaq istəyən gənclərin qeydiyyatı başlayıb
- TAU-nun nümayəndə heyəti AQTİ-nin fəaliyyəti ilə tanış olub
- Mərkəzi Baytarlıq Laboratoriyası beynəlxalq səriştəlilik sınağında uğurlu nəticələr əldə edib
- HACCP-la bağlı təlim və məsləhət xidmətləri davam etdirilir
- AQTİ sahibkarlıq subyektlərinin əməkdaşları üçün təlimləri davam etdirir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətinin təşkili məqsədi ilə keçirilən təlimləri davam etdirir.
Növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən “Veysəloğlu” MMC-nin əməkdaşlarına “Qida obyektlərində sanitariya-epidemioloji tədbirlər” mövzusunda təşkil olunub.
Təlimdə iştirakçılara qida təhlükəsizliyi, təhlükəli qida, dezinfeksiya, dezinseksiya və deratizasiya haqqında ətraflı məlumat verilib. Qida zəncirinin bütün mərhələlərində sanitariya-epidemioloji tədbirlərə əməl edilməsinin vacib olduğu vurğulanıb və bununla bağlı qanunvericiliyin tələbləri diqqətə çatdırılıb. Həmçinin sanitariya-epidemioloji tədbirlərin təşkili izah olunub. Bildirilib ki, belə tədbirlər zamanı müəssisənin daxili və xarici məkanı planlı olaraq nəzarətdə saxlanılmalıdır. Həmçinin zərərvericilərə nəzarət planlarında məsul şəxs təyin olunmalıdır. Zərərvericilrərə qarşı aparılacaq zərərsizləşdirmə işləri ilə əlaqədar müəssisə və zərərsizləşdirməni aparacaq fiziki və ya hüqüqi şəxs arasında müqavilə bağlanmalıdır. Eləcə də istifadə olunan fiziki, kimyəvi və bioloji materialların ümumi siyahısı hazırlamalı, materialların konsentrasiyası, tətbiq edildiyi bölgə, tətbiq metodu və nəzarət sıxlığı təyin olunmalıdır. Eyni zamanda, metodun tətbiqi ilə bağlı üsullar lazım olduqda dəyişdirilməlidir.
Təlim zamanı iştirakçıların sualları cavablandırılıb və tədbirin sonunda onlara sertifikatlar təqdim edilib.