- Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisi çərçivəsində keçirilən panel sessiyasında AQTİ ilə bağlı təqdimat göstərilib
- 20 may - Ümumdünya Arı Günüdür
- AQTİ-də Gürcüstanın Acarıstan Muxtar Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib
- AQTİ-də Tibb Universitetinin tələbələri ilə görüş keçirilib
- AQTİ əməkdaşları HİQS proqram təminatı ilə əlaqədar Çex Respublikasında təcrübə mübadiləsində iştirak ediblər
- Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin nümayəndə heyəti AQTİ laboratoriyalarına baxış keçirib
- Avstriyanın Səhiyyə və Qida Təhlükəsizliyi Agentliyinin icraçı direktoru: “AQTİ-də dünyanın ən qabaqcıl metodlarından yüksək peşəkarlıqla istifadə olunur”
- AQTİ mütəxəssisləri özəl laboratoriya əməkdaşlarına təlim keçib
- AQTİ ilə İtaliyanın Milli Sağlamlıq İnstitutu arasında görüş keçirilib
- AQTA-nın təşəbbüsü ilə ümumtəhsil müəssisələrində Beynəlxalq Bitki Sağlamlığı Günü münasibətilə silsilə tədbirlər keçirilib
- 12 may Beynəlxalq Bitki Sağlamlığı Günüdür
- 2021-ci il ərzində Mərkəzi Fitosanitar Laboratoriyada 46 mindən çox müayinə aparılıb
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətinin təşkili məqsədi ilə mütəmadi təlimlər keçirilir.
Növbəti təlim Azərbaycan Respublikası Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyi nəzdində fəaliyyət göstərən Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri üçün təşkil edilib. Təlim “İctimai iaşə müəssisələrində ilkin şərtlər proqramları və minimum sanitar-gigiyenik normaların qorunması” mövzusunda keçirilib.
Təlim çərçivəsində gündəlik qida istehsalı sahələrində ümumi gigiyena qaydalarının yaxşılaşdırılması, anbar və xammal tədarükü sahələrində düzgün mal qəbulu standartlarının tətbiqi, "FIFO" prinsipi mexanizminə əsaslanaraq ərzaq dövriyyəsində izlənəbilərliliyinin gücləndirilməsi, istehsal və xidmət mərhələsində riski meydana gətirə biləcək səbəblərin aradan qaldırlması, dövri olaraq zərərvericilərin neqativ fəaliyyətinə dair monitorinqin aparılması, binaların, o cümlədən iş sahəsinin və işçilərin obyektlərinin planlaşdırılması və s. haqqında ətraflı məlumat verilib.
Eyni zamanda təlim iştirakçıları hava, su, enerji və digər kommunal xidmətlərin təchizatı, tullantıların və kanalizasiyanın utilizasiyası da daxil olmaqla dəstəkləyici xidmətlər, avadanlığın yararlılığı və onun təmizləmə, texniki xidmət və profilaktik təmir üçün əlçatanlığı, inqrediyentlər, çarpaz çirklənmənin qarşısının alınması üçün tədbirlər və satın alınan materialların (xammal, kimyəvi maddələr, qablaşdırma və s.) təchizatı prosesilə əyani formada yaxından tanış olublar.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.