- AQTİ ictimai iaşə obyektlərində reytinq (ulduz) sisteminin tətbiqi ilə bağlı videoçarx hazırlayıb
- AQTİ-nin laboratoriyası üç beynəlxalq səriştəlilik sınağında on bir parametr üzrə uğurlu nəticə əldə edib
- AQTİ tərəfindən qida sahəsində gigiyena tələblərinə dair keçirilən təlimlərdə 2840 nəfər iştirak edib
- AQTİ-nin laboratoriyası quduzluq xəstəliyi ilə bağlı beynəlxalq səriştəlilik sınağında uğurlu nəticə əldə edib
- COP29 zamanı xidmət göstərəcək otel və mehmanxana əməkdaşları üçün təlimlər davam edir
- AQTİ və BMU arasında elmi-tədqiqat üzrə fəaliyyətin genişləndirilməsinə dair müzakirələr aparılıb
- Beyləqanda sahibkarlar üçün təlim keçirilib
- Keytrinq şirkətləri və otellərin əməkdaşları AQTİ-də təlimlərə cəlb olunub
- AQTİ-nin laboratoriyası pestisidlərin qalıq miqdarının təyini müayinəsi üzrə keçirilən beynəlxalq səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
- COP29 zamanı xidmət göstərəcək otel və mehmanxana əməkdaşları üçün "Qida təhlükəsizliyi" mövzusunda təlimlər keçirilir
- AQTİ-nin nümayəndə heyəti Türkiyənin Halal Akkreditasiya Qurumunda olub
- AQTİ HAK tərəfindən akkreditasiya olunub
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Fotosanitar laboratoriyasının mütəxəssislərinin Rusiya Federasiyasında təcrübə səfəri davam edir. Səfər çərçivəsində AQTİ mütəxəssisləri entomologiya və virusologiya laboratoriyalarında aparılan müayinə prosesii ilə tanış olub, entomologiya laboratoriyasında zərərverici həşərat və gənələrin aşkarlanması, identifikasiyası üsullarının inkişafı və təkmilləşdirilməsi ilə bağlı qarşılıqlı təcrübə mübadiləsi aparıblar.
Təcrübə səfəri çərçivəsində karantin zərərvericilərinin siyahısına daxil edilmiş bitki zərərvericiləri üçün diaqnostik protokolların hazırlanması ilə bağlı təkliflər müzakirə olunub. Həmçinin, həşəratların molekulyar səviyyədə real vaxt rejimində PZR metodu əsasında təyini üçün identifikasiya prosesi həyata keçirilib.
AQTİ mütəxəssisləri Rusiyalı həmkarları ilə birgə xüsusi karantin əhəmiyyətli fitopatogen virus xəstəliklərilə mübarizə və laboratoriyada aparılan diaqnostik metodlara dair müzakirələr aparıb, həmçinin virusologiya laboratoriyasında seroloji və molekulyar metod ilə həyata keçirilən virusoloji müayinələrdə iştirak ediblər.