- AQTİ mütəxəssisi Azərbaycanda ilk dəfə EPPO-nun təqaüd proqramını qazanıb
- AQTİ Tovuzda müvafiq sahələr üzrə işə qəbul üçün vakansiya elan edir
- “Sağlam məktəbli” layihəsi çərçivəsində görüşlər davam etdirilir
- “Sağlam məktəbli” layihəsi davam edir
- AQTİ elmi məlumat bazasından istifadəni açıq elan edib
- AQTİ ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının və elmi mərkəzlərin mütəxəssislərini əməkdaşlığa dəvət edir
- AQTİ dekabr ayı üçün laboratoriyalararası səriştəlilik sınağına start verir
- AQTİ dekabr ayı üçün laboratoriyalararası səriştəlilik sınağına start verir
- AQTİ məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları üçün təlimlərə start verib
- AQTİ-nin laboratoriyası növbəti səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
- AQTİ-nin laboratoriyası növbəti səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
- AQTİ qida məhsullarının çatdırılması xidmətlərinə dair təlimləri davam etdirir
Ölkəmizdə karantin tətbiq edilən zərərli orqanizmlər üzrə risklərin idarə edilməsi məqsədilə karantin tətbiq edilən zərərli orqanizmlərin elmi risk təhlili davam etdirilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən Asiya giləmeyvə drozofilasının (Drosophila suzukii, Matsumura) ekspress risk təhlili hazırlanıb. Risk təhlili xidməti istifadə üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə təqdim edilib.
Sənəddə 2021-ci ilin oktyabr ayında AQTİ-nin Tovuz Regional Sınaq Laboratoriyasına daxil olan nümunələrdən beş ədədində Asiya giləmeyvə drozofilasına rast gəlindiyi qeyd olunur. Qeyd edək ki, Asiya giləmeyvə drozofilası ilə bağlı ilk aşkarlanma 1980-ci ildə ABŞ-nin Havay adasında qeydə alınıb.
Asiya giləmeyvə drozofilası kivi (Actinidia chinensis), portağal (Citrus sinensis), xurma (Diospyros kaki), iydə (Elaeagnus umbellata), Yapon əzgili (Eriobotrya japonica), çiyələk (Fragaria x ananassa), alma (Malus domestica), armud (Pyrus communis), ərik (Prunus armeniaca), gilas (Prunus avium), gavalı (Prunus domestica), şaftalı (Prunus persica), böyürtkən (Rubus fruticosus), moruq (Rubus idaeus), qaragilə (Vaccinium corymbosum), üzüm (Vitis vinifera), əncir (Ficus carica), manqo (Mangifera indica) və pomidor (Solanum lycopersicum) bitkilərinin zərərvericisidir.
Optimal şəraitdə ildə 7-15 nəsil verə bilən bu zərərvericinin ümumi inkişaf dövrü iqlim şəraitindən asılı olaraq, 1-2 həftə ərzində tamamlana bilir. Zərərverici digər Drosophila növlərindən fərqli olaraq, yumurtalarını ağaclarda yetişmiş sağlam meyvələrə qoyur. Sürfələr isə meyvə ləti ilə qidalanaraq, ona ciddi zərər vurur. Sürfələrin qidalanması meyvə toxumasında batıqların yaranmasına gətirib çıxarır. Bu səbəbdən onların əmtəəlik keyfiyyətini aşağı salır. Meyvədə birdən çox sürfə ola bildiyi üçün onda yumşalma və çürümə əlamətləri sürətlə artır. Beləliklə, ikinci dərəcəli göbələk və bakterial xəstəliklərin yaranmasına şərait yaradır.