- AQTİ mütəxəssisi Azərbaycanda ilk dəfə EPPO-nun təqaüd proqramını qazanıb
- AQTİ Tovuzda müvafiq sahələr üzrə işə qəbul üçün vakansiya elan edir
- “Sağlam məktəbli” layihəsi çərçivəsində görüşlər davam etdirilir
- “Sağlam məktəbli” layihəsi davam edir
- AQTİ elmi məlumat bazasından istifadəni açıq elan edib
- AQTİ ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının və elmi mərkəzlərin mütəxəssislərini əməkdaşlığa dəvət edir
- AQTİ dekabr ayı üçün laboratoriyalararası səriştəlilik sınağına start verir
- AQTİ dekabr ayı üçün laboratoriyalararası səriştəlilik sınağına start verir
- AQTİ məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları üçün təlimlərə start verib
- AQTİ-nin laboratoriyası növbəti səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
- AQTİ-nin laboratoriyası növbəti səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
- AQTİ qida məhsullarının çatdırılması xidmətlərinə dair təlimləri davam etdirir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) tərəfindən həyata keçirilən əməkdaşlıq çərçivəsində ASK üzvləri üçün onlayn formatda təşkil olunan silsilə təlimlər davam etdirilir.
Əməkdaşlıq çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən ASK üzvlərinə “HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi” mövzusunda növbəti vebinar keçirilib.
Vebinarda iştirakçılar HACCP sisteminin yaranması, inkişaf tarixi, prinsipləri, üstünlükləri və faydaları barədə məlumatlandırılıb. Bildirilib ki, HACCP risk əsaslı yanaşmanı tətbiq edir və qida məhsullarına ola biləcək təhlükələrlə risklərin əvvəlcədən qiymətləndirilməsi mexanizmini yaradır. Bu sistem qida zəncirinin bütün mərhələlərində iştirak edən müəssisələrdə asanlıqla tətbiq oluna bilər. HACCP sisteminin effektiv işləməsini təmin etmək üçün isə əlavə müşahidə və təhlil də daxil olmaqla, yoxlamaların aparılması zəruridir. Qaydalara riayət olunmasını əks etdirən bütün sənədlərin toplanması və işlək vəziyyətdə saxlanması da vacibdir. Vebinar zamanı iştirakçılara HACCP sistemini özündə ehtiva edən beynəlxalq idarəetmə sistemləri və HACCP sistemləri ilə İSO 22000:2018 arasındakı əlaqə haqqında da məlumat verilib. Həmçinin onların sualları cavablandırılıb.