- ”Möcüzə Qida – Ana Südü” konfransı keçirilib
- Gəncədə fəaliyyət göstərən sahibkarlıq subyektləri HACCP sistemi ilə bağlı məlumatlandırılıb
- AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edir
- Məhsul və preparatların qeydiyyat müddətlərinin uzadılması ilə əlaqədar əvvəlcədən Agentliyə müraciət olunmalıdır
- “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində görüş keçirilib
- “Ulduz-reytinq” layihəsi çərçivəsində müraciətlərin sayı 100-ü keçib
- AQTİ “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans”da təmsil olunub
- Mərkəzi Baytarlıq Laboratoriyasından uğurlu nəticə
- Ekspertlər AQTİ-nin laboratoriyaları ilə tanış olub
- AQTİ mütəxəsssisləri Braziliya və Türkiyədə qiymətləndirmə həyata keçirib
- Belarus səfiri AQTİ-də olub
- AQTİ quru süd nümunəsində səriştəlilik sınaqlarının aparılması üçün müraciətləri açıq elan edir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşları tərəfindən ölkədə fəaliyyət göstərən ali məktəklərin tələbələri ilə görüşlər davam etdirilir. Növbəti görüş Azərbaycan Texniki Universitetində (AzTU) qida sahəsinə aid olan ixtisaslar üzrə təhsil alan tələbələrlə keçirilib.
Görüşdə tələbələrə AQTİ-nin müasir infrastruktura malik laboratoriyalarında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı, eləcə də kompleks tədqiqatlar üzrə həyata keçirilən elmi-praktiki araşdırmalar, tədqiqatlar, laborator analizlər və sınaq işləri barədə ətraflı məlumat verilib. Eyni zamanda bildirilib ki, İnstitutda elmi fəaliyyətlər zamanı ixtisaslı mütəxəssislərin formalaşdırılmasına və kadr potensialının peşəkarlıq səviyyəsinin artırılmasına önəm verilir. Həmçinin AQTİ-də təcrübə mübadilələrinə xüsusi diqqət yetirilir, yüksək ixtisaslı kadrların qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırma və tədqiqat işləri aparmasına kömək göstərilir. Görüş zamanı İnstitutda işə qəbul prosedurları, təcrübə və könüllülük proqramları haqqında da məlumat verilib, tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, AQTİ-nin əməkdaşları AzTU ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin və Azərbaycan Texnologiya Universitetinin tələbələri ilə də görüşlər keçirib. Tədbirlər AQTİ ilə adıçəkilən universitetlər arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, həmçinin İnstitutun fəaliyyət istiqamətlərinə uyğun ixtisaslar üzrə həmin ali məktəblərdə təhsil almış məzunların işə qəbulu və onların potensialından səmərəli istifadə olunması məqsədilə təşkil edilib.