AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTİ-nin əməkdaşları Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri ilə görüş keçirib
05-10-2023 10:18

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşları Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) qida mühəndisliyi və baytarlıq ixtisasları üzrə təhsil alan tələbələrlə görüşüb.

Tədbir AQTİ ilə ADAU arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, həmçinin İnstitutun fəaliyyət istiqamətlərinə uyğun ixtisaslar üzrə ADAU-da təhsil almış məzunların işə qəbulu və onların potensialından səmərəli istifadə olunması məqsədilə keçirilib.

Görüşdə tələbələrə AQTİ-nin fəaliyyəti barədə geniş məlumat verilib. Bildirilib ki, İnstitutun müasir infrastruktura malik laboratoriyalarında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı, eləcə də kompleks tədqiqatlar üzrə elmi-praktiki araşdırmalar, tədqiqatlar aparılır, laborator analizlər, sınaq işləri həyata keçirilir. Elmi fəaliyyətlər zamanı ixtisaslı mütəxəssislərin formalaşdırılmasına və kadr potensialının peşəkarlıq səviyyəsinin artırılmasına önəm verilir. Təcrübə mübadilələrinə xüsusi diqqət yetirən AQTİ yüksək ixtisaslı kadrların qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırma və tədqiqat işləri aparmasına da kömək göstərir. Görüş zamanı İnstitutda işə qəbul prosedurları, təcrübə və könüllülük proqramları haqqında da məlumat verilib, tələbələrin sualları cavablandırılıb. 

Qeyd edək ki, bundan əvvəl AQTİ-nin əməkdaşları Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetinin tələbələri ilə görüş keçirib.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır