- AQTİ laboratoriyası daha bir səriştəlilik sınağında yüksək nəticə göstərib
- AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası növbəti uğurlu nəticə əldə edib
- "Rosselxoznadzor" rəhbərinin müavini AQTİ laboratoriyalarının fəaliyyəti ilə tanış olub
- AQTİ işə qəbul üçün vakansiya elan edir
- Rusiya nümayəndə heyəti AQTİ laboratoriyaları ilə tanış olub
- Sahibkarlıq subyektlərinin əməkdaşları üçün “HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi” mövzusunda təlim keçirilib
- Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının baş direktoru AQTİ laboratoriyalarının iş şəraiti ilə tanış olub
- AQTİ-nin Lənkəran Regional Sınaq Laboratoriyası akkreditasiyadan keçib
- Göygöl Regional Sınaq Laboratoriyası heyvan xəstəliklərinin diaqnostikası üzrə ixtisaslaşıb
- AQTİ-də ictimai iaşə müəssisələrinin əməkdaşları üçün təlim keçirilib
- Ümumdünya Qida Təhlükəsizliyi Günü münasibətilə qida bələdçiləri tərəfindən ümumtəhsil müəssisələrində görüşlər keçirilib
- Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda “Açıq qapı” günü keçirilib
Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, eləcə də modernləşdirilməsi istiqamətində tədbirlər ardıcıl olaraq davam etdirilir.
AQTİ-nin Göygöl Regional Sınaq Laboratoriyasında da qabaqcıl texnologiyaların tətbiq istiqamətində maddi-texniki baza mütəmadi olaraq zənginləşdirilir, kadrların səriştəliliyinin artırılması üçün təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirak təmin edilir.
Qeyd edək ki, hazırda Göygöl RSL-də bruselyoz xəstəliyinin təyini üçün ELİSA müayinə metodundan istifadə edilir. Bu sahədə müayinələrin beynəlxalq tələblərə uyğun həyata keçirilməsi üçün laboratoriya mütəmadi olaraq peşəkarlıq sınaqlarına cəlb edilir. Göygöl Regional Sınaq Laboratoriyası İngiltərənin VETQAS (APHA SCIENTIFIC) şirkəti tərəfindən təşkil edilmiş səriştəlilik test proqramlarında uğurla iştirak edib. Hollandiya, Cənubi Afrika, Yeni Zelandiya, BƏƏ, ABŞ, Norveç, Böyük Britaniya, Braziliya, Portuqaliya, Rusiya, Avstraliya kimi ölkələrin də iştirak etdiyi səriştəlik test proqramında laboratoriya bruselyoz xəstəliyinin müayinəsi üzrə yüksək nəticə əldə edib.