AzərbaycanQida Təhlükəsizliyi İnstitutu
AQTİ-nin laboratoriyası növbəti səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
21-11-2023 15:00

Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.

Həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Bakı Regional Sınaq Laboratoriyası (BRSL) İngiltərənin “LGC standards” şirkəti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib. Bu uğur su və qida nümunələrində Ümumi mikroorqanizm sayı 22° C-də, Ümumi mikroorqanizm sayı 37° C-də, Escherichia coli, Pseudomonas Aeruginosa, Enterococci (faecal streptococci) və Listeria monocytogenes, Listeria və Salmonella parametrlərinin təyini üzrə aparılan mikrobioloji sınaqlar nəticəsində əldə olunub.

Qeyd edək ki, BRSL-də qida məhsullarının keyfiyyət və təhlükəsizlik parametrlərinə uyğun mikrobioloji, fiziki-kimyəvi və cihaz müayinələri həyata keçirilir. Laboratoriya Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən AZS ISO/IEC 17025:2020 beynəlxalq standartına uyğun akkreditasiyadan keçirilib.

Xəritədə biz
Laboratoriyalar

Nümunə analiz cavablarının statusunun öyrənilməsi – Tezliklə xidmətinizdə olacaqdır