- Media nümayəndələri Siyəzəndə “HALAL” uyğunluq sertifikatı almış müəssisənin fəaliyyəti ilə tanış olublar
- AQTİ Qarabağ Universitetinin tələbələri üçün təlimlər təşkil edib
- AQTİ sahibkarlıq subyektlərinin əməkdaşlarının məlumatlandırılması istiqamətində işləri davam etdirir
- Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş "Qida sənayesi və qida təhlükəsizliyi" Forumu keçirilib
- AQTİ “HALAL” sertifikatlaşma prosesini davam etdirir
- AQTİ qida məhsullarında “Rəf ömrünün təyini” sınaqlarını həyata keçirəcək
- AQTİ və “BelVitunifarm” ASC arasında ölkəmizdə baytarlıq preparatlarının birgə istehsalı müəssisəsinin yaradılması ilə bağlı müqavilə imzalanıb
- Anım günü ilə əlaqədar olaraq Fəxri xiyaban ziyarət edilib
- AQTİ-də peşə təhsili müəssisələrinin tələbələri üçün növbəti təlimlərə start verilib
- AQTİ-də özəl məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
- HACCP sisteminin tətbiqi daxili və xarici bazarlarda rəqabət üstünlüyü yaradır
- AQTİ əməkdaşı Ankarada keçirilən beynəlxalq tədbirdə iştirak edib
Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarının maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütamadi olaraq tədbirlər həyata keçirilir. Laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəlilik bacarıqlarının artırılması məqsədi ilə kadrların mütəmadi olaraq ölkədə və xaricdə keçirilən təlimlərdə, beynəlxalq və laboratoriyalararası qarşılaşdırma sınaqlarında iştirakı təmin edilir.
Həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Analitik Ekspertiza Mərkəzinin Lənkəran Regional Sınaq Laboratoriyası (LRSL) İngiltərənin “LGC standard” şirkəti tərəfindən təşkil olunan yulaf nümunəsində salmonellanın və “Fapas” şirkətinin keçirdiyi su nümunəsində ümumi codluğun təyini üzrə beynəlxalq səriştəlik sınaqlarında yüksək nəticə əldə edib.
Qeyd edək ki, LRSL-də qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi, bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin aşkarlanması, molekulyar bioloji (PZR muayinələr) və GMO müayinələrin aparılması, eyni zamanda heyvan sağlamlığı üzrə infeksion xəstəliklərin diaqnostikası həyata keçirilir. Laboratoriya AZS ISO/İEC 17025:2020 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” standartına əsasən Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya edilib.