- AQTİ müvafiq sahələr üzrə ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir
- AQTİ qida məhsullarının çatdırılması xidməti ilə məşğul olan qeydiyyatdan keçmiş şirkət əməkdaşları üçün təlimləri davam etdirir
- AQTİ qida məhsullarının çatdırılması xidməti ilə məşğul olan qeydiyyatdan keçmiş şirkət əməkdaşları üçün təlimləri davam etdirir
- AQTİ müvafiq vəzifələr üzrə vakansiya elan edir
- Türkiyəli mütəxəssislər AQTİ laboratoriyalarında olublar
- Türkiyəli mütəxəssislər AQTİ laboratoriyalarında olublar
- AQTİ “Qida subyektlərində sanitar-gigiyenik normalar” mövzusunda təlimlərini davam etdirir
- AQTİ “Qida subyektlərində sanitar-gigiyenik normalar” mövzusunda təlimlərini davam etdirir
- Bakıda keçirilən beynəlxalq tədbirin iştirakçıları AQTİ-də olublar
- Bakıda keçirilən beynəlxalq tədbirin iştirakçıları AQTİ-də olublar
- AQTİ-nin laboratoriyası beynəlxalq səriştəlilik sınaqlarında növbəti dəfə uğurlu nəticələr əldə edib
- AQTİ-nin laboratoriyası beynəlxalq səriştəlilik sınaqlarında növbəti dəfə uğurlu nəticələr əldə edib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətinin təşkili məqsədi ilə keçirilən təlimləri davam etdirir.
Onlayn təşkil olunan növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən “Azərbaycan Duz İstehsalat Birliyi” QSC-nin əməkdaşları üçün “HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi” mövzusunda reallaşdırılıb.
Təlimdə iştirakçılara HACCP sisteminin yaranması, inkişaf tarixi, prinsipləri və üstünlükləri haqqında ətraflı məlumat verilib. Həmçinin qeyd olunub ki, HACCP sisteminin effektiv işləməsini təmin etmək üçün əlavə müşahidə və təhlil də daxil olmaqla, yoxlamaların aparılması zəruridir. Eləcə də qaydalara riayət olunmasını əks etdirən bütün sənədlərin toplanması və işlək vəziyyətdə saxlanması vacibdir.
Təlim zamanı iştirakçılar “ISO 22000:2018 qida təhlükəsizliyi idarəetmə sistemi: qida zəncirində iştirak edən müəssisələr üçün ümumi tələblər” və “ISO 22000 standartının üstünlükləri, HACCP sistemi ilə ISO 22000:2018 arasındakı əlaqə” mövzularında da məlumatlandırılıb.
Təlimdə iştirakçıların sualları cavablandırılıb.