- AQTİ-nin laboratoriyası quduzluq xəstəliyi ilə bağlı beynəlxalq səriştəlilik sınağında uğurlu nəticə əldə edib
- COP29 zamanı xidmət göstərəcək otel və mehmanxana əməkdaşları üçün təlimlər davam edir
- AQTİ və BMU arasında elmi-tədqiqat üzrə fəaliyyətin genişləndirilməsinə dair müzakirələr aparılıb
- Beyləqanda sahibkarlar üçün təlim keçirilib
- Keytrinq şirkətləri və otellərin əməkdaşları AQTİ-də təlimlərə cəlb olunub
- AQTİ-nin laboratoriyası pestisidlərin qalıq miqdarının təyini müayinəsi üzrə keçirilən beynəlxalq səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
- COP29 zamanı xidmət göstərəcək otel və mehmanxana əməkdaşları üçün "Qida təhlükəsizliyi" mövzusunda təlimlər keçirilir
- AQTİ-nin nümayəndə heyəti Türkiyənin Halal Akkreditasiya Qurumunda olub
- AQTİ HAK tərəfindən akkreditasiya olunub
- AQTİ-nin laboratoriyaları dabaq xəstəliyi ilə bağlı beynəlxalq səriştəlilik sınağında uğurlu nəticə əldə edib
- AQTİ təlimləri davam etdirir
- AQTİ növbəti laboratoriyalararası səriştəlilik sınağı ilə bağlı müraciətlərin qəbuluna başlayıb
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarını davam etdirir.
Yağ (süd yağı) nümunəsində yağlılıq, nəmlik və quru maddə parametrlərinin müayinəsi üzrə növbəti səriştəlilik sınağına qatılmaq üçün 31 iyul 2024-cü il İnstituta sonuncu müraciət tarixi müəyyən olunub. Bu səriştəlilik sınağının proqramı ilə AQTİ-nin rəsmi saytı (afsi.gov.az) vasitəsilə tanış olmaq mümkündür. Saytda yaradılan “Səriştəlilik sınaqları” adlı bölmədə bu səriştəlilik sınağının proqramı və laboratoriyaların həmin sınaqda iştirak etməsi üçün lazım olan sənədlər (“Müraciət forması”, “Nəticələrin qeydiyyat forması”) yerləşdirilib. Laboratoriyaların sınaqda iştirakını təmin etməkdən ötrü saytdakı müvafiq bölmədə yerləşdirilən “Müraciət forması” doldurularaq info.pt@afsa.gov.az elektron poçtuna göndərilməlidir. Sınaqlar yekunlaşdıqdan sonra isə nəticələr “Nəticələrin qeydiyyat forması” doldurularaq eyni ünvana yollanmalıdır.
Səriştəlilik sınaqlarının nəticələri İnstitutun saytında yerləşdiriləcək. Laboratoriyaların nəticələri konfidensiallığı qorumaq məqsədilə individual laboratoriya nömrələri ilə açıqlanacaq.
Qeyd edək ki, sınaqlar ISO 17043 “Uyğunluğun Qiymətləndirilməsi-Səriştəlilik Sınaqlarına Ümumi Tələblər" standartı əsasında təşkil edilir və qiymətləndirmələr bu standartın tələblərinə əsasən beynəlxalq standartlara uyğun olaraq aparılır. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təşkil olunan sınaqların məqsədi laboratoriyalar üçün səriştəliliklərini qiymətləndirmək imkanını yaratmaqdan ibarətdir. Müvafiq Qanuna əsasən, dövlət nəzarəti və tənzimlənməsi tədbirləri çərçivəsində, habelə bu qanunla müəyyən edilmiş icazələrin verilməsi üçün götürülmüş nümunələrin tədqiqi (sınağı) yalnız “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçmiş laboratoriyalarda aparılmalıdır.