- ADNSU tələbələri ilə maarifləndirici görüş keçirilib
- 17 may - Ümumdünya Halal Standartları Günüdür
- Qoşqar Təhməzli Latviyanın kənd təsərrüfatı naziri ilə görüşüb
- Belarusun “BelAqroGen” Elmi İstehsalat Mərkəzi ilə AQTİ arasında əməkdaşlıq genişləndirilir
- ”Möcüzə Qida – Ana Südü” konfransı keçirilib
- Gəncədə fəaliyyət göstərən sahibkarlıq subyektləri HACCP sistemi ilə bağlı məlumatlandırılıb
- AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edir
- Məhsul və preparatların qeydiyyat müddətlərinin uzadılması ilə əlaqədar əvvəlcədən Agentliyə müraciət olunmalıdır
- “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində görüş keçirilib
- “Ulduz-reytinq” layihəsi çərçivəsində müraciətlərin sayı 100-ü keçib
- AQTİ “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans”da təmsil olunub
- Mərkəzi Baytarlıq Laboratoriyasından uğurlu nəticə
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) baytar həkim ixtisası üzrə peşəkar kadrları Mərkəzi Baytarlıq Laboratoriyasının Qax Regional Bölməsində işə dəvət edir.
Namizədlərdən baytar həkim ixtisası üzrə ali təhsil və iş təcrübəsi tələb olunur. Laboratoriya sahəsində azı 3 illik iş təcrübəsi olanlara üstünlük veriləcək. Bundan başqa, namizədlər AZS ISO/IEC 17025 standartının şərtlərini bilməlidirlər. Müraciət edənlərdən yüksək analitik düşünmə və analiz qabiliyyətinin olması, dəqiqlik və dürüstlük, komanda ilə işləmə bacarığı və təşəbbüskarlıq tələb olunur. Həmçinin idarəetmə bacarığına sahib olmalıdırlar.
İşə qəbul müsahibə əsasında aparılacaqdır. Qeyd olunan tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində “Qax” yazmaqla hr.aqti@afsa.gov.az e-poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar. Əlaqə nömrəsi: (+994 12) 377 00 20 (daxili: 530).