- ”Möcüzə Qida – Ana Südü” konfransı keçirilib
- Gəncədə fəaliyyət göstərən sahibkarlıq subyektləri HACCP sistemi ilə bağlı məlumatlandırılıb
- AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edir
- Məhsul və preparatların qeydiyyat müddətlərinin uzadılması ilə əlaqədar əvvəlcədən Agentliyə müraciət olunmalıdır
- “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində görüş keçirilib
- “Ulduz-reytinq” layihəsi çərçivəsində müraciətlərin sayı 100-ü keçib
- AQTİ “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans”da təmsil olunub
- Mərkəzi Baytarlıq Laboratoriyasından uğurlu nəticə
- Ekspertlər AQTİ-nin laboratoriyaları ilə tanış olub
- AQTİ mütəxəsssisləri Braziliya və Türkiyədə qiymətləndirmə həyata keçirib
- Belarus səfiri AQTİ-də olub
- AQTİ quru süd nümunəsində səriştəlilik sınaqlarının aparılması üçün müraciətləri açıq elan edir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi üzrə peşəkar layihələndirmə xidməti təklif edir.
Layihələndirmə xidməti sahibkarlıq subyektinin yaradılmasından əvvəl qida təhlükəsizliyi ilə bağlı normativ texniki sənədlərin işlənib hazırlanması, həmçinin istehsal prosesinin texnoloji təşkilini əhatə edir. Xidmət çərçivəsində yerli və beynəlxalq standartlara uyğun olaraq müəssisənin layihələndirilməsi, istehsal istiqamətindən asılı olaraq texnoloji axının qurulması, çirkli və təmiz zonaların qurulması və zonalararası sanitar keçidlərin təyini, tullantıların idarə olunması sisteminin tətbiqi həyata keçirilir. Eyni zamanda xidmətdən istifadə edən sahibkarlıq subyektləri üçün havalandırma sistemi, su təchizati və kanalizasiya sistemi texnoloji cəhətdən layihələndirilir.
Peşəkar mütəxəssislər tərərfindən təklif olunan emal müəssisəsi, anbar, ictimai iaşə müəssisəsi və digər obyektlərin layihələndirilməsi zamanı bütün proseslərdə qida təhlükəsizliyinin qorunması, həmçinin layihənin beynəlxalq qida təhlükəsizliyi norma və aktlarına uyğunluğu təmin olunur. Qida emalı müəssisələrinin beynəlxalq və yerli qida təhlükəsizliyi qanunvericiliyi normaları üzrə layihələndirilməsi qida emalı üzrə əməliyyatların texnoloji ardıcıllığa uyğun qurulmasına imkan yaradır.
Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri qida təhlükəsizliyi üzrə peşəkar layihələndirmə xidmətindən istifadə etmək üçün İnstitutun (012) 377 00 20 (daxili 553) nömrəli əlaqə vasitəsilə müraciət edə bilərlər.
Qeyd edək ki, AQTİ qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida təhlükəsizliyinə dair elmi, texniki və praktiki konsultasiya, həmçinin qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərir.