- AQTİ mütəxəssisi Azərbaycanda ilk dəfə EPPO-nun təqaüd proqramını qazanıb
- AQTİ Tovuzda müvafiq sahələr üzrə işə qəbul üçün vakansiya elan edir
- “Sağlam məktəbli” layihəsi çərçivəsində görüşlər davam etdirilir
- “Sağlam məktəbli” layihəsi davam edir
- AQTİ elmi məlumat bazasından istifadəni açıq elan edib
- AQTİ ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının və elmi mərkəzlərin mütəxəssislərini əməkdaşlığa dəvət edir
- AQTİ dekabr ayı üçün laboratoriyalararası səriştəlilik sınağına start verir
- AQTİ dekabr ayı üçün laboratoriyalararası səriştəlilik sınağına start verir
- AQTİ məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları üçün təlimlərə start verib
- AQTİ-nin laboratoriyası növbəti səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
- AQTİ-nin laboratoriyası növbəti səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
- AQTİ qida məhsullarının çatdırılması xidmətlərinə dair təlimləri davam etdirir
"Ümumrusiya Bitki Karantini Mərkəzi" federal dövlət müəssisəsinin direktor müavini Denis Zinnikov Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub.
D.Zinnikovla keçirilən görüşdə rusiyalı qonağa AQTİ-nin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, eləcə də, İnstitutun nəzdində fəaliyyət göstərən laboratoriyaların iş prinsipi, maddi-texniki bazası, beynəlxalq təşkilatlarla əməkdaşlığı haqqında danışılıb. Görüşdə, həmçinin bitki sağlamlığına dair elmi-nəzəri yeniliklərin, bitki və bitki mənşəli məhsulların zərərverici orqanizmlərdən mühafizəsi, onların yayılmasının qarşısının alınması istiqamətində effektiv fitosanitar tədbirlərin tətbiqi üzrə təcrübə mübadiləsinin genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr də aparılıb. Rusiya ilə Azərbaycanın müvafiq dövlət qurumları arasında qida təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.
Daha sonra D. Zinnikov İnstitutun nəzdindəki Milli Referens Laboratoriyası və Kompleks Tədqiqatlar Laboratoriyasında aparılan analiz, ekspertiza və tədqiqat (ölçmə) xidmətləri ilə tanış olub. Rusiyalı qonaq, həmçinin Mərkəzi Fitosanitar Laboratoriyasında müxtəlif sınaqların aparıldığı otaqlara baxış keçirib, müayinə prosesini yaxından izləyib.