- AQTİ mütəxəssisi Azərbaycanda ilk dəfə EPPO-nun təqaüd proqramını qazanıb
- AQTİ Tovuzda müvafiq sahələr üzrə işə qəbul üçün vakansiya elan edir
- “Sağlam məktəbli” layihəsi çərçivəsində görüşlər davam etdirilir
- “Sağlam məktəbli” layihəsi davam edir
- AQTİ elmi məlumat bazasından istifadəni açıq elan edib
- AQTİ ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının və elmi mərkəzlərin mütəxəssislərini əməkdaşlığa dəvət edir
- AQTİ dekabr ayı üçün laboratoriyalararası səriştəlilik sınağına start verir
- AQTİ dekabr ayı üçün laboratoriyalararası səriştəlilik sınağına start verir
- AQTİ məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları üçün təlimlərə start verib
- AQTİ-nin laboratoriyası növbəti səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
- AQTİ-nin laboratoriyası növbəti səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
- AQTİ qida məhsullarının çatdırılması xidmətlərinə dair təlimləri davam etdirir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektləri və əməkdaşları üçün nəzəri-praktiki təlimləri davam etdirir. AQTİ mütəxəssislərinin "Bazarstore" MMC-nin əməkdaşları üçün keçirdiyi növbəti təlim "Qida məhsullarında keyfiyyət və təhlükəsizlik göstəriciləri" mövzusuna həsr olunub.
Təlim zamanı iştirakçılara qida təhlükəsizliyi ilə bağlı əsas anlayışlar haqqında geniş məlumat verilib. Qeyd edilib ki, insan sağlamlığına birbaşa təsir edən qida məhsullarının istehsalı və satışının təşkilində gigiyenik şərtlərin təmin edilməsi vacibdir. Təlim çərçivəsində gündəlik qida istehsalı sahələrində ümumi gigiyena qaydalarının yaxşılaşdırılması, anbar və xammal tədarükü sahələrində düzgün mal qəbulu standartlarının tətbiqi, istehsal və xidmət mərhələsində risk meydana gətirə biləcək səbəblərin aradan qaldırılması və s. haqqında ətraflı məlumat verilib.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, AQTİ tərəfindən ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətinin təşkili məqsədi ilə mütəmadi təlimlər keçirilir.