- AQTİ-nin mütəxəssisləri çinar taxtabitinin ekspress risk təhlilini həyata keçirib
- AQTİ-nin mütəxəssisləri çinar taxtabitinin ekspress risk təhlilini həyata keçirib
- Qida sahəsində ilk dəfə laboratoriyalar üçün səriştəlilik sınaqlarının təşkilinə başlanır
- Qida sahəsində ilk dəfə laboratoriyalar üçün səriştəlilik sınaqlarının təşkilinə başlanır
- Təlimdə HACCP planının tərtib edilməsi qaydaları izah olunub
- Təlimdə HACCP planının tərtib edilməsi qaydaları izah olunub
- AQTİ qida mühəndisi ixtisası üzrə işə qəbul elan edir
- AQTİ qida mühəndisi ixtisası üzrə işə qəbul elan edir
- Saxlanma və daşınma proseslərində qida təhlükəsizliyinin təmin olunmasına dair növbəti təlim keçirilib
- Saxlanma və daşınma proseslərində qida təhlükəsizliyinin təmin olunmasına dair növbəti təlim keçirilib
- “Təlim saatı”nda bioloji aktiv qida məhsulları və onların dərman preparatlarından fərqi barədə danışılacaq
- “Təlim saatı”nda bioloji aktiv qida məhsulları və onların dərman preparatlarından fərqi barədə danışılacaq
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) kimyaçı ixtisası üzrə peşəkar kadrları Kompleks Tədqiqatlar Laboratoriyasının Şamaxı aqrokimya bölməsində işə dəvət edir.
Kimyaçı vəzifəsində çalışmaq istəyən namizədlər müvafiq ixtisas üzrə ali təhsilə malik olmalı, kimya sahəsində müasir laboratoriya metodlarını, laboratoriya avadanlıqları ilə işləməyi, onların kalibrasiyasını və minimum texniki qulluq tələblərini, kimyəvi preparatların saxlanılma və istifadə qaydalarını bilməlidirlər.
Müvafiq ixtisasa sahib, Şamaxı şəhərində işləməyə razı olan, yaxud yaşayış yeri həmin ərazilərə yaxın yerləşən, karyera hədəfləri üçün iş imkanlarını dəyərləndirmək istəyən namizədlər işə qəbul üçün müraciət edə bilərlər.
Namizədlərdən CV-lərini mövzu yerinə "Şamaxı-Kimyaçı" yazaraq hr.aqti@afsa.gov.az e-poçt ünvanına göndərmələri xahiş olunur. Tələblərə cavab verən namizədlərin CV-ləri təhlil edildikdən sonra müsahibəyə dəvət olunacaqlar.