- ADNSU tələbələri ilə maarifləndirici görüş keçirilib
- 17 may - Ümumdünya Halal Standartları Günüdür
- Qoşqar Təhməzli Latviyanın kənd təsərrüfatı naziri ilə görüşüb
- Belarusun “BelAqroGen” Elmi İstehsalat Mərkəzi ilə AQTİ arasında əməkdaşlıq genişləndirilir
- ”Möcüzə Qida – Ana Südü” konfransı keçirilib
- Gəncədə fəaliyyət göstərən sahibkarlıq subyektləri HACCP sistemi ilə bağlı məlumatlandırılıb
- AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edir
- Məhsul və preparatların qeydiyyat müddətlərinin uzadılması ilə əlaqədar əvvəlcədən Agentliyə müraciət olunmalıdır
- “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində görüş keçirilib
- “Ulduz-reytinq” layihəsi çərçivəsində müraciətlərin sayı 100-ü keçib
- AQTİ “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans”da təmsil olunub
- Mərkəzi Baytarlıq Laboratoriyasından uğurlu nəticə
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətinin təşkili məqsədilə mütəmadi təlim və seminarlar keçirilir.
Növbəti seminar AQTİ mütəxəssisləri tərəfindən videokonfrans formatında “Carlsberg Azerbaijan" MMC-nin əməkdaşlarına “Pivə məhsullarında fiziki-kimyəvi, toksikoloji və mikrobioloji müayinə metodları” mövzusunda keçirilib. Seminarda müayinə parametrləri və praktiki təcrübələrlə bağlı məlumatlar verilib, pivə istehsalı zamanı məhsulun keyfiyyətinə və təhlükəsizliyinə təsir edən amillər, orqanoleptik müayinə parametrlərinin düzgün şəkildə müəyyən edilməsi, laborator müayinələr üçün nümunələrin düzgün götürülməsi və saxlanılması qaydaları, kif və maya göbələkləri, bağırsaq çöpü bakteriyaları riskini yaradan amillər, pivə və pivə məhsullarının effektiv müayinə olunması üçün müasir laborator müayinə metodlarından istifadə və s. mövzular ətraflı izah edilib. Eyni zamanda peşəkar təlimçilər tərəfindən AQTİ laboratoriyalarında pivə məhsullarının mikrobioloji və fiziki-kimyəvi müayinəsi əsnasında istifadə olunan cihaz, avadanlıq və alətlər təlim iştirakçılarına nümayiş etdirilib.
Qarşılıqlı müzakirə şəraitində keçən seminarda iştirakçıların sualları cavablandırılıb.