- AQTİ-də özəl məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
- HACCP sisteminin tətbiqi daxili və xarici bazarlarda rəqabət üstünlüyü yaradır
- AQTİ əməkdaşı Ankarada keçirilən beynəlxalq tədbirdə iştirak edib
- AQTİ-nin mütəxəssisləri Estoniya və Latviyada fəaliyyət göstərən qida müəssisələrində qiymətləndirmə aparıb
- Bitki yağı nümunəsinin müayinəsi üzrə keçirilən laboratoriyalararası səriştəlilik sınağının nəticəsi məlum olub
- AQTİ əməkdaşları ADA Universitetinin magistratura proqramları ilə tanış olublar
- AQTİ-nin laboratoriyaları biotəhlükəsizliyin təmin olunmasında xüsusi rol oynayır
- HACCP sisteminin tətbiqi qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək
- COP29-un iştirakçıları AQTİ-nin fəaliyyəti ilə tanış olublar
- AQTİ-nin laboratoriyası 7 beynəlxalq səriştəlilik sınağında uğurlu nəticə əldə edib
- ÜHST Azərbaycanın quş qripindən azad olma statusunu təsdiqlədi
- AQTİ-nin regional laboratoriyası iki beynəlxalq səriştəlilik sınağında uğurlu nəticə əldə edib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətinin təşkili məqsədilə mütəmadi təlim və seminarlar keçirilir.
Növbəti təlim AQTİ mütəxəssisləri tərəfindən videokonfrans formatında “Carlsberg Azerbaijan" MMC-nin əməkdaşlarına “Pivə və digər alkoqollu içkilərin istehsalı müəssisələrində qanunvericiliyin tələbləri” mövzusunda keçirilib. Təlimdə 2022-ci il may ayının 5-də qəbul edilmiş “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də, həmin sənəddə əksini tapmış qida təhlükəsizliyi ilə bağlı əsas anlayışlar haqda geniş məlumat verilib. Bildirilib ki, qida təhlükəsizliyi sahəsində dövlət tənzimlənməsinin məqsədi insan həyat və sağlamlığının, heyvan sağlamlığının və ətraf mühitin mühafizəsi, həmçinin istehlakçıların qanuni mənafelərinin müdafiəsindən ibarətdir. Sözügedən qanuna əsasən, qida məhsullarının emalı ilə məşğul olan biznes subyektləri HACCP (Hazard Analysis and Critical Control Point - Təhlükələrin Analizi və Kritik Nəzarət Nöqtələri) prinsiplərinə əsaslanan prosedurları tətbiq etməli və qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar. Qida məhsullarının yalnız istehsalı prosesində deyil, qablaşdırılması, markalanması və etiketlənməsi zamanı da təhlükəsizliyə dair tələblərə əməl edilməli, o cümlədən, alıcıya bu məhsullarının qida və enerji dəyəri, tərkibi, miqdarı, yararlılıq müddəti, saxlanma şəraiti, tərkibindəki allergentlər, mənşəyi, istehsal üsulu və istifadə qaydaları barədə dolğun məlumat verilməlidir.
Qarşılıqlı müzakirə şəraitində keçən təlimdə iştirakçıların sualları cavablandırılıb.