- AQTİ-də özəl məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
- HACCP sisteminin tətbiqi daxili və xarici bazarlarda rəqabət üstünlüyü yaradır
- AQTİ əməkdaşı Ankarada keçirilən beynəlxalq tədbirdə iştirak edib
- AQTİ-nin mütəxəssisləri Estoniya və Latviyada fəaliyyət göstərən qida müəssisələrində qiymətləndirmə aparıb
- Bitki yağı nümunəsinin müayinəsi üzrə keçirilən laboratoriyalararası səriştəlilik sınağının nəticəsi məlum olub
- AQTİ əməkdaşları ADA Universitetinin magistratura proqramları ilə tanış olublar
- AQTİ-nin laboratoriyaları biotəhlükəsizliyin təmin olunmasında xüsusi rol oynayır
- HACCP sisteminin tətbiqi qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək
- COP29-un iştirakçıları AQTİ-nin fəaliyyəti ilə tanış olublar
- AQTİ-nin laboratoriyası 7 beynəlxalq səriştəlilik sınağında uğurlu nəticə əldə edib
- ÜHST Azərbaycanın quş qripindən azad olma statusunu təsdiqlədi
- AQTİ-nin regional laboratoriyası iki beynəlxalq səriştəlilik sınağında uğurlu nəticə əldə edib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşları UNICEF-in Azərbaycandakı nümayəndəliyinin proqram rəhbəri ilə görüşüb.
Görüşdə AQTİ-nin fəaliyyəti ilə bağlı UNICEF-in nümayəndəsinə ətraflı məlumat verilib və bilidirilib ki, sağlam qidalanmanın təşviqi və bu istiqamətdə mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi üçün yeni texniki normativ hüquqi akt layihələrinin hazırlanması, həmçinin müvafiq elmi araşdırmaların aparılması İnstitutun fəaliyyətinin prioritet istiqamətlərindəndir.
Adıçəkilən beynəlxalq qurumun Səhiyyə və Qidalanma Proqramının rəhbəri Töhfə Cəmilova UNICEF-in Azərbaycan üzrə 2021-2025-ci illər üçün “Əməkdaşlıq Proqramı" çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı məlumatı görüş iştirakçılarının diqqətinə çatdırıb və qeyd edib ki, hazırda sözügedən proqramın icrasının təmin edilməsi məqsədilə aidiyyəti dövlət orqanları ilə birlikdə 2 illik fəaliyyət planı hazırlanır.
Görüş zamanı tərəflər arasında əməkdaşlıq istiqamətləri və perspektivlərə dair fikir mübadiləsi aparılıb, o cümlədən məktəbəqədər yaşda olan uşaqların və məktəblilərin qidalanması sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, onların qida rasionunun müəyyənləşdirilməsi üzrə metodologiyanın seçilməsi, eyni zamanda bəhs edilən məsələlər və ana südü ilə qidalanmanın əhəmiyyəti barədə maarifləndirmə işlərinin genişləndirilməsi üçün birgə tədbirlərin həyata keçirilməsi haqqında ilkin razılıq əldə olunub.