- ADNSU tələbələri ilə maarifləndirici görüş keçirilib
- 17 may - Ümumdünya Halal Standartları Günüdür
- Qoşqar Təhməzli Latviyanın kənd təsərrüfatı naziri ilə görüşüb
- Belarusun “BelAqroGen” Elmi İstehsalat Mərkəzi ilə AQTİ arasında əməkdaşlıq genişləndirilir
- ”Möcüzə Qida – Ana Südü” konfransı keçirilib
- Gəncədə fəaliyyət göstərən sahibkarlıq subyektləri HACCP sistemi ilə bağlı məlumatlandırılıb
- AQTİ laboratoriyalar üçün növbəti səriştəlilik sınağını elan edir
- Məhsul və preparatların qeydiyyat müddətlərinin uzadılması ilə əlaqədar əvvəlcədən Agentliyə müraciət olunmalıdır
- “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində görüş keçirilib
- “Ulduz-reytinq” layihəsi çərçivəsində müraciətlərin sayı 100-ü keçib
- AQTİ “MacroFrontiers 2025: Makromolekullu Birləşmələr üzrə 3-cü Beynəlxalq Elmi Konfrans”da təmsil olunub
- Mərkəzi Baytarlıq Laboratoriyasından uğurlu nəticə
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edib. Bu vəzifəni tutmaq istəyən namizədlərdən kimya, biologiya, qida mühəndisliyi və ya sertifikatlaşdırma ixtisasları üzrə ali təhsil, eləcə də ISO 9001:2015, İSO 17025:2025 standartının şərtlərini bilmək tələb olunur.
Keyfiyyətə nəzarət və laboratoriya sahəsində iş təcrübəsi və ingilis dili biliyi arzu olunandır. Bundan başqa, sözügedən vəzifəni tutmaq istəyən namizədlərdən dəqiqlik, diqqətlilik, analitik düşünmə qabiliyyəti, komanda ilə işləmə bacarığı tələb olunur.
Keyfiyyətə nəzarət üzrə mütəxəssisin vəzifə öhdəliklərinə laboratoriyaların fəaliyyət istiqamətinə uyğun yeni metodların araşdırılması və tətbiqi işinin təşkili, laboratoriyanın fəaliyyətinin planlaşdırılması, işçilərin iş yerlərinə yerləşdirilməsinin təmin olunması, laboratoriyaların işçi heyətinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsində iştrak və s. daxildir.
Namizədlərdən CV-lərini mövzu yerinə "Keyfiyyətə nəzarət üzrə mütəxəssis" yazaraq hr.aqti@afsa.gov.az e-poçt ünvanına göndərmələri xahiş olunur.
Tələblərə cavab verən namizədlərin CV-ləri təhlil edildikdən sonra müsahibəyə dəvət olunacaq.